Nyu-York Əmtəə Birjasının bölməsi olan "Comex"də qızıl üzrə avqust füçersinin qiyməti bir trua unsiyası üçün 4 350 dollar həddini geridə qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə ticarət platformasının göstəricilərində qeyd olunub.
Bakı vaxtı ilə saat 05:01-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 4.2% artaraq bir trua unsiyası üçün 4 361.72 dollara çatıb.
Saat 06:05-də isə qızılın qiyməti artım dinamikasını davam etdirərək bir unsiya üçün 4 361.10 dollar (+4.19%) səviyyəsində qərarlaşıb.
Bizim.Media