Azərbaycanlı müğənni Günel Zeynalova (Azəri qızı Günel) sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi əmisi Mahir Hüseynbəylinin müşayiəti ilə "Şuşanın dağları" mahnısını ifa etdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Günel paylaşımında bu sözləri yazıb:
"Mahir əmimin müşayiəti ilə "Şuşanın dağları"nı oxumağımdan illər sonra, 2026-cı il... Necədir? Şuşamın dağları əvvəllər xəyallarımızda idi, amma artıq həyatımızdadır, ayaq basdığımız torpaqlarımızdır, çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin."
Sənətçinin paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Bizim.Media