Bakı metropolitenində qatarların hərəkətində qısamüddətli problem yaranıb.
Bizim.Media xəbər verir ki, nasazlıq "Dərnəgül" - "Həzi Aslanov" xətti üzrə qeydə alınıb.
Belə ki, qatar saat 06:52-də "Memar Əcəmi" stansiyasında dayanıb. Sərnişinlər qatardan düşürülüblər, qatar isə geriyə - "Dərnəgül" stansiyası istiqamətinə qaytarılıb.
Saat 06:57-də həmin istiqamətdə növbəti qatar stansiyaya gəlib və sərnişinlərin daşınması bərpa olunub. (Oxu.az)
<iframe width="640" height="360" src="//player.bizim.media/?v=56935" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen seamless></iframe>
Bizim.Media