İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Bu ilin ilk altı ayında Azərbaycanda 10 mindən çox şəxsə ilkin əlillik təyin olunması diqqət çəkir. Rəqəmlər belə halların ildən-ilə artdığını deməyə əsas verməsə də, yarım il ərzində bu qədər insanda əlilliyə səbəb olan əsas amillərin nələr olduğu sual yaradır. 

Ən çox hansı xəstəliklər əlilliyə gətirib çıxarır? Bu halların qarşısının alınması hansı profilaktik tədbirlərlə mümkündür?

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu dövrdə əlillik təyin olunan şəxslər arasında əsasən psixi və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri və travmalardan əziyyət çəkənlər yer alır:

“Problemlər kimi bədxassəli şişlər, stres hallarının artması, travmatik halların çox olması, keyfiyyətli qidalanmaya diqqətin az olması, insanların vaxtında müalicəyə və reabilitasiyaya meyilli olmaması hallarını qeyd etmək olar. 

Dayaq-hərəkət sistemi pozuntuları, ürək-damar və nevroloji xəstəliklər nəticəsində yaranan funksional məhdudiyyətlər, görmə və eşitmə problemləri, eləcə də müxtəlif travmalarla əlaqədar əlillik halları üstünlük təşkil edir”. 
 

D.Rəhimlinin fikrincə, səhiyyə sistemində daim yeni texnologiyaların və profilaktik tədbirlərin tətbiqinin genişləndirilməsi,  əhali arasında maarifləndirmə işlərinin daha effektiv aparılması, reabilitasiya siteminin geniş tətbiqi belə halların sayının azaldılmasına müsbət təsir göstərə bilər.


Sadalanan səbəblər arasında xüsusi yer tutan sinir sistemi və psixi pozuntuları hansı amillərdən qaynaqlanır? Bu xəstəliklər hansı hallarda əlilliklə nəticələnə bilər?

Nevroloq Röyanə Quluzadənin sözlərinə görə, nevroloji və psixi xəstəliklər nəticəsində əlillik hallarının müşahidə olunması təkcə tibbi səbəblərlə izah edilə bilməz:

“Yol-nəqliyyat hadisələri, istehsalat və məişət qəzaları, yüksək enerjili travmalar, həmçinin 2020-ci il Vətən müharibəsi və sonrakı dövrlərdə yaranmış döyüş zədələrinin uzunmüddətli nəticələri bu statistikaya müəyyən təsir göstərə bilər.
 

Müharibə zamanı ağır kəllə-beyin travmaları, onurğa beyni zədələri, amputasiyalar və periferik sinir zədələnmələri alan şəxslərin bir qismində illər sonra da funksional məhdudiyyətlər qalır və bəzi hallarda əlillik təyin olunmasına ehtiyac yaranır.


Posttravmatik stress pozuntusu (PTSP), depressiya, təşviş pozuntuları və digər ağır psixi xəstəliklər həm müharibə iştirakçıları, həm də travmatik hadisələr yaşamış mülki şəxslər arasında rast gəlinə bilər. Bundan əlavə, gündəlik həyatın stressi, sosial-iqtisadi çətinliklər və psixi sağlamlıq xidmətlərinə gec müraciət də əlillik riskini artıran amillərdəndir”.

R.Quluzadə vurğulayır ki, travmalar nəticəsində yaranan nevroloji zədələr bəzi hallarda əmək qabiliyyətini uzunmüddətli və ya daimi şəkildə məhdudlaşdıra bilər:

- ağır kəllə-beyin travmaları nəticəsində yaddaş, diqqət, nitq və davranış pozuntuları;

- onurğa beyni zədələri nəticəsində iflic və hərəkət məhdudiyyəti;

- periferik sinirlərin ağır zədələnməsi nəticəsində ətraf funksiyalarının itirilməsi;

- travmadan sonra inkişaf edən epilepsiya;

- davamlı xroniki ağrı sindromları və koordinasiya pozuntuları.

“Erkən diaqnostika və vaxtında reabilitasiya əlillik riskinin azaldılmasında həlledici rol oynayır. Travmadan sonrakı ilk günlərdən başlayan multidissiplinar reabilitasiya – nevroloq, fizioterapevt, reabilitoloq, psixoloq, loqoped və peşə terapevtinin birgə fəaliyyəti bir çox xəstədə funksional bərpanı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Psixi pozuntular zamanı isə erkən psixiatrik və psixoloji yardım xəstəliyin ağırlaşmasının və sosial adaptasiya problemlərinin qarşısını almağa kömək edir.

Bu statistikanın azaldılması üçün yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, istehsalat qəzalarının profilaktikası, psixi sağlamlıq xidmətlərinin əlçatanlığının artırılması, insult və travma mərkəzlərinin inkişafı, regionlarda reabilitasiya xidmətlərinin genişləndirilməsi və müharibə iştirakçılarının uzunmüddətli tibbi-psixoloji izlənməsi mühüm əhəmiyyət daşıyır”,- o qeyd edib.
 

Nevroloq hesab edir ki, əlillik yalnız tibbi diaqnoz deyil, insanın funksional imkanlarının və cəmiyyətə inteqrasiyasının göstəricisidir. Buna görə də profilaktika, erkən diaqnostika, keyfiyyətli müalicə və reabilitasiya xidmətlərinin inkişafı həm fərdlərin həyat keyfiyyətini artırır, həm də gələcəkdə əlillik göstəricilərinin azalmasına töhfə verir.


Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib. Onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Xocəsəndə avtoyuma məntəqəsi yandı

End of content

No more pages to load

RADİO