“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir

Kanakiyada (Yeni Kaledoniya) fəaliyyət göstərən “La Dépêche de Kanaky” nəşri "Saxta Bakı gündəmi: Problemin köklü səbəblərini müzakirə etməmək üçün günah keçisi seçildikdə" adlı geniş məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, məqalədə Fransa hakimiyyəti və loyalist dairələrin Kanak məsələsi müzakirə edilərkən mütəmadi olaraq Azərbaycanın adını ön plana çıxarması tənqid olunub.

Fransalı deputatların Azərbaycana qarşı ittihamlarına Yeni Kaledoniyanın müstəqillik tərəfdarları cavab verərək bildiriblər ki, rəsmi Bakını hədəfə çevirmək Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu gündəmdən çıxara bilməz.

Fransa siyasi dairələrinin Yeni Kaledoniya məsələsində Azərbaycanı əsas hədəfə çevirmək cəhdi Kanak müstəqillik tərəfdarlarının sərt etirazı ilə qarşılanıb.
 

Fransa Milli Assambleyasının deputatları Nicolas Metzdorf, Moerani Frébault və Nicole Sanquer xarici işlər naziri Jan-Noel Barroya ünvanladıqları məktubda Azərbaycan Prezidenti İlham Əliyevin Fransa tərəfindən idarə olunan Dənizaşırı ərazilərlə bağlı mövqeyini “müdaxilə” adlandırıb və rəsmi Parisdən Bakıya qarşı daha sərt tədbirlər görülməsini tələb ediblər.


Fransa mediasında yayımlanan bəzi materiallarda da eyni xətt davam etdirilir: Azərbaycan “Fransanın ərazi bütövlüyünə qarşı çıxmaqda”, təsir şəbəkələri yaratmaqda və Dənizaşırı ərazilərdəki müstəqillik hərəkatlarını dəstəkləməkdə ittiham olunur. Hətta Bakıya qarşı sanksiyalar və diplomatik təzyiq çağırışları səsləndirilir.

Lakin Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan qüvvələrin “La Dépêche de Kanaky” xəbər portalında yaydığı cavab rəsmi Parisin qurmağa çalışdığı bu siyasi konstruksiyanı alt-üst edir. Cavabın əsas mesajı aydındır: Bakı müzakirənin səbəbi deyil, Fransanın üzləşmək istəmədiyi tarixi reallığı görünən edən tərəflərdən biridir.

Kanak fəallarının mövqeyinə görə, Azərbaycanı “xarici müdaxilə” mənbəyi kimi təqdim etmək əsas məsələdən yayınmağa xidmət edir. Əsas məsələ isə Fransanın Yeni Kaledoniya üzərində hökmranlığının davam etməsi, Kanak xalqının siyasi gələcəyinin müəyyənləşdirilməsində qarşılaşdığı maneələr və dekolonizasiya prosesinin hələ də tamamlanmamasıdır.

Paris “müdaxilə” deyir, BMT isə dekolonizasiya məsələsi kimi tanıyır

Fransa deputatlarının məktubundakı ən ciddi ziddiyyət ondan ibarətdir ki, Yeni Kaledoniya məsələsi yalnız Fransanın “daxili işi” deyil. Yeni Kaledoniya BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısındadır ki, rəsmi Parisin bu mövzuya toxunan hər bir dövləti və təşkilatı “müdaxilədə” kimi qələmə verməsi beynəlxalq öhdəliklərlə uzlaşmır. Məsələ artıq çoxdan yalnız Fransa parlamentinin və ya hökumətinin qərar verəcəyi daxili inzibati mövzu deyil. Bu, BMT-nin gündəliyində olan dekolonizasiya məsələsidir.

Rəsmi Bakının mövqeyi: insan hüquqları daxili iş sayıla bilməz

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışının əsas mahiyyəti də məhz bundan ibarət idi. Dövlət başçısı Azərbaycanın mövqeyini Fransa ilə ikitərəfli qarşıdurma kimi deyil, insan hüquqları və beynəlxalq öhdəliklər çərçivəsində təqdim edib.

Prezidentin qeyd etdiyi kimi, “insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir”. Bu baxımdan Fransanın reaksiyası mahiyyətə cavab vermək əvəzinə, mesajı çatdıran tərəfi hədəfə almaq cəhdidir. Kanak xalqının tələbləri Bakı tərəfindən yaradılmayıb. Bu mübarizənin tarixi Azərbaycanın həmin mövzuya beynəlxalq platforma verməsindən çox əvvələ gedib çıxır. Azərbaycan sadəcə unudulmuş kolonializm mövzusunu beynəlxalq gündəmə çıxara bilib.

Kanakların cavabı Parisin arqumentini dağıtdı

Fransa deputatlarının Azərbaycana qarşı məktubuna ən tutarlı cavabın birbaşa Yeni Kaledoniyadan gəlməsi xüsusi əhəmiyyət daşıyır.

Kanak müstəqillik tərəfdarları bildirirlər ki, Bakının adını davamlı şəkildə gündəmə gətirmək Fransanın müstəmləkə keçmişini və bu gün davam edən siyasi məsuliyyətini gizlətmir. Əksinə, Parisin hər tənqidi “xarici müdaxilə” adlandırması onun Kanak xalqının öz səsini eşitmək istəmədiyini göstərir.
 

Fransanın cavablandırmalı olduğu sual “Azərbaycan niyə bu mövzudan danışır?” deyil. Əsl sual budur: Yeni Kaledoniya niyə 40 ildən sonra da BMT-nin özünü idarə etməyən ərazilər siyahısındadır? Niyə Kanak xalqının öz müqəddəratını təyin etmək məsələsi hələ də həllini tapmayıb? Niyə Paris yerli xalqın siyasi iradəsini dinləmək əvəzinə, onu dəstəkləyən beynəlxalq səslərə hücum edir?


Fransa deputatlarının məktubu Bakını təcrid etmək məqsədi daşısa da, əks nəticə yaradıb. Yeni Kaledoniyadan gələn cavab göstərdi ki, Azərbaycan kiminsə adından danışmır. Azərbaycan uzun illər beynəlxalq informasiya məkanından sıxışdırılmış xalqların öz sözlərini deməsi üçün platforma yaradır.

Fransalı deputatların Azərbaycana qarşı qərəzli ittihamları Kanak xalqının azadlıq tələbini, BMT-nin dekolonizasiya gündəliyini və Fransanın cavab verməli olduğu tarixi sualları aradan qaldırmır. Əsas sual bu: 21-ci əsrdə niyə müstəmləkəçilik hələ də davam edir? (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

End of content

No more pages to load

RADİO