Azad edilmiş ərazilərə köçürülmüş xırdabuynuzlu heyvan və arı ailəsinin sayı – FOTO

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 250 minə yaxın başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən mlumat verilib.
 

Bildirilib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 832 fermerə (təsərrüfata) məxsus 249 919 baş xırdabuynuzlu, 8 516 baş iribuynuzlu heyvanın və 4 133 fermerə (təsərrüfata) məxsus 185 207 arı ailəsinin müəyyən edilmiş dislokasiya üzrə köçürülməsi həyata keçirilib.


Onlardan Kəlbəcər rayonu ərazisinə 582 fermerə (təsərrüfata) məxsus 160 007 baş xırdabuynuzlu, 4 626 baş iribuynuzlu heyvan, 3396 fermerə (təsərrüfata) məxsus 148 308 arı ailəsi, Laçın rayonu ərazisinə 250 fermerə (təsərrüfata) məxsus 89 912 baş xırdabuynuzlu, 3 890 baş iribuynuzlu heyvan, 495 fermerə (təsərrüfata) məxsus 25 116 arı ailəsi köçürülüb.

Eyni zamanda, Qubadlı rayonu ərazisinə 135 fermerə məxsus 6 394, Füzuli rayonu ərazisinə 31 fermerə məxsus 1 551, Xocavənd rayonu ərazisinə 26 fermerə məxsus 1567, Cəbrayıl rayonu ərazisinə 36 fermerə məxsus 1 554 və Zəngilan rayonu ərazisinə 14 fermerə məxsus 717 arı ailəsi köçürülüb.

Xatırladaq ki, hər il işğaldan azad edilmiş ərazilərə heyvandarlıq və arıçılıq təsərrüfatlarının mövsümi köçü həyata keçirilir.

2026-cı ildə də "Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi" xidmətinə dair reqlamentə uyğun olaraq köç prosesi təşkil edilib.

Bu ərazilərə köçürüləcək təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçürülmə vaxtı, eləcə də istifadəyə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin yerləşməsi (dislokasiyası) barədə ictimaiyyətə əvvəlcədən məlumat verilib, həmçinin müvafiq maarifləndirmə tədbirləri həyata keçirilib. Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təlimlər təşkil olunub. Bu məqsədlə ANAMA tərəfindən təlim keçmiş DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları, riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilib.
 

Qeyd edək ki, fiziki və hüquqi şəxslərin işğaldan azad edilmiş ərazilərə mövsümi köçü reqlamentə uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaradılmış "Köç" altmodulu vasitəsilə həyata keçirilib.


2026-cı il yaylaq mövsümündə arıçılıq təsərrüfatları Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatları isə Laçın və Kəlbəcər rayonlarının yaylaqlarına köçürülüb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Şagirdlərin yerdəyişməsi DAYANDIRILIR

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakıda ucuz mənzili bu rayonlardan almaq olar

Bakının 111 küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakının 111 küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir? - FOTO

14 yaşlı məktəblidən fermerlərə dəstək:“KendMart” layihəsi nədir? - FOTO

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Ermənistan vətəndaşı ABŞ-da həbs edildi - Rusiyaya mal ixrac edirmiş

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə öldü

Zaqatalalı gənc Xocavənddə faciəli şəkildə öldü

Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir

Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir

Ümumi cərrah adı ilə plastik əməliyyat EDƏNLƏR - Hər həkim bunu edə bilər? – Nazirlikdən CAVAB

Ümumi cərrah adı ilə plastik əməliyyat EDƏNLƏR - Hər həkim bunu edə bilər? – Nazirlikdən CAVAB

Rusiyada hava limanları bağlanır - Bakı reysləri təxirə salınır

Rusiyada hava limanları bağlanır - Bakı reysləri təxirə salınır

Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA

Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Moskva vilayətində İNSANLAR TƏLAŞDA - Dronlar yaşayış binalarına dəydi - FOTO

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

Gömrükdə malların saxlanma müddəti ilə bağlı YENİLİK

İrəvanda erməni-türk biznes-forumu keçirilir

İrəvanda erməni-türk biznes-forumu keçirilir

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Lavrov Lyayeni "Fürer Ursula" adlandırdı – VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

ABŞ-İran savaşı nefti silkələdi – Qiymətlərdə yeni dəyişiklik

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Pekində robotlar üçün "uşaq bağçası" açıldı – VİDEO

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Bu qurumda dövlət qulluqçusu statusu ləğv olunur

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Ceyhun Bayramov sülh gündəliyini ATƏT Parlament Assambleyasının Prezidenti ilə müzakirə etdi – FOTO

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Bakıda bu məktəblərdə tədris onlayn olacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

Ermənistanın yeni Konstitusiyasının layihəsi ilin sonunadək dərc olunacaq

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

1,4 milyon dollara tərk edilmiş qəsəbə aldı, 6 ildir orada tək yaşayır

End of content

No more pages to load

RADİO