Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, 533 və 536 nömrəli şəhərətrafı, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Sumqayıt–Horadiz, Sumqayıt–Ağsu, Gəncə–Yevlax, Yevlax–Gəncə, Qazax–Mingəçevir, Qazax–Tərtər, Mingəçevir–Ağdam, Mingəçevir–Qəbələ, Mingəçevir–Ağcabədi, Şəki–Bərdə, Qəbələ–Şəki, Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala, Bərdə–İmişli və İmişli–Sumqayıt şəhərlərarası, həmçinin Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.
 

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.


Sənədlər 12 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran və Sumqayıt–Horadiz istiqamətlərində 6 lot üzrə aprelin 1-də, Sumqayıt–Ağsu, Gəncə–Yevlax, Yevlax–Gəncə və Qazax–Mingəçevir istiqamətlərində 6 lot üzrə aprelin 3-də, Qazax–Tərtər, Mingəçevir–Ağdam (Dəmiryol və avtovağzal kompleksi), Mingəçevir–Qəbələ, Mingəçevir–Ağcabədi və Şəki–Bərdə istiqamətlərində 6 lot üzrə aprelin 6-da, Qəbələ–Şəki, Qəbələ–Mingəçevir, Oğuz–Bərdə, Gəncə–Zaqatala, Bərdə–İmişli və İmişli–Sumqayıt istiqamətlərində 6 lot üzrə aprelin 8-də, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Qarasuçu kəndi (Goranboy) – Gəncə (avtovağzal), Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində, eləcə də 533 nömrəli (Şəfəq qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 536 nömrəli (Sumqayıt şəhəri – Mehdiabad qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda aprelin 10-da baxılacaq.

Qeyd edək ki, Sumqayıt–Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə, Qazax–Mingəçevir və Qazax–Tərtər marşrut xətlərinin hərəkət sxemi isə Gəncə şəhərinə daxil olmadan M2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolu ilə müəyyən edilib.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

End of content

No more pages to load

RADİO