Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib.

Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib. Ölüm faktlarının qeydə alınması virusun pandemiyaya çevrilməsi ilə bağlı riskləri artırıb.

Virus necə yoluxur?

Hantavirusun yoluxma mexanizmi bir çox digər viruslardan fərqli olaraq, birbaşa gəmiricilərlə (siçan və siçovullarla) təmasa əsaslanır. Virusun insanlara keçməsində ən kritik məqam onun "havaya qarışması" halıdır. Virusun olduğu səthlərə toxunmaq yoluxma riskini artırır.

Xüsusilə kütləvi yoluxma ehtimalı olan məkanlarda diqqətli olmaq lazımdır. Təyyarə, qatar, avtobus və ya gəmidə hantavirus sıxlıq və uzunmüddətli səfərlər zamanı yoluxmuş səthlər və ya ikram edilən qidalar vasitəsilə yayıla bilər.

Əlamətləri

Daha çox Amerika qitəsində, habelə Avropa və Asiyada da müşahidə olunan virus ağciyərləri zədələyir və tənəffüs çatışmazlığına səbəb ola bilər. O, böyrəkləri də zədələyir və qanaxmaya meyilliliklə müşayiət olunur.

Hantavirusun ən geniş yayılmış yoluxma forması tənəffüs vasitəsi ilədir. Virus infeksiya daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə ətrafa yayılır. Məkanların təmiz saxlanılması və riskli ərazilərdə maska ilə hərəkət edilməsi tövsiyə olunur.

Bu virusa yoluxan insanlarda hərarət və titrəmə, böyrək funksiyasının pozulması, baş, əzələ, qol və bel ağrısı, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti olaraq bulanıq görmə, öskürək, tənəffüsün pozulması, dəridə qaşınma kimi əlamətlər müşahidə edilir.

Alimlərin dediyinə görə, hantavirus infeksiyasının müalicəsi üçün hansısa xüsusi müalicə və ya peyvənd tapılmayıb.

Hantavirusların insandan insana yoluxmadığı qəbul edilir.

Kimlər risk altındadır?

Kənd təsərrüfatı fəaliyyəti zamanı gəmiricilərin yuva saldığı məkanlarla təmasda olduqları üçün fermerlər əsas risk qrupuna daxildirlər. Həmçinin, təmizlik işçiləri viruslu tozları nəfəslə daxilə çəkmək riski ilə üz-üzədirlər.

Meşəlik ərazilərdə düşərgə quranlar, arxeoloqlar və ya dağ sığınacaqlarında qalanlar gəmirici tullantılarına daha çox məruz qala bilərlər. Binaların qaranlıq, rütubətli və siçanların yuva sala biləcəyi yeraltı və infrastruktur sahələrində çalışan texniki personal da bu riskdən istisna deyillər.

Virus necə və hansı şəraitdə yayılır?

Müəyyən təbiət hadisələri infeksiyanın yayılmasını sürətləndirə bilər. İqlim dəyişikliyi - həddindən artıq yağışlar və ya quraqlıq gəmiricilərin qida tapmaq üçün insan məskənlərinə daha çox daxil olmasına səbəb olur.

Müəyyən illərdə gəmirici populyasiyasında baş verən kəskin artım virusun ətrafa yayılma miqdarını yüksəldir. Mövsümi yayılma adətən, yaz və payız aylarında daha çox müşahidə olunur. Bu dövrlərdə həm gəmiricilərin hərəkətliliyi artır, həm də insanlar yaz təmizliyi və ya məhsul yığımı kimi fəaliyyətlər səbəbilə bu ərazilərə daha çox daxil olurlar.

Necə qorunmaq olar?

Hantavirusla mübarizənin ən əsas yolu virusun mənbəyi olan gəmiricilərlə təması kəsmək və yaşayış sahələrini virusdan təmiz saxlamaqdır. Müalicə üçün peyvəndin hələ mövcud olmadığı nəzərə alındıqda, "təmizlik zamanı toz qaldırmamaq" qaydası həyati əhəmiyyət daşıyır.

Əlamətləri hansılardır?

İlk mərhələdə xəstəlik çox vaxt adi qrip və ya ağır soyuqdəymə ilə qarışdırılır, lakin xəstəlik irəlilədikcə vəziyyət ciddiləşir. Virus orqanizmə daxil olduqdan sonra ilk mərhələdə xəstələrin demək olar ki, hamısında görülən ümumi əlamətlər yüksək hərarət və titrəmə, şiddətli əzələ ağrıları, halsızlıq və yorğunluq, mədə-bağırsaq problemləridir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

End of content

No more pages to load

RADİO