Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib.

Bizim.Media xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincini “qafqazinfo.az” ilə bölüşüb.

Bakı şəhəri, Akademik Z.Əliyeva adına liseyin şagirdi Ramal Adıgözəlli bildirib ki, o imtahana məsuliyyətlə hazırlaşıb.



“Əlbəttə İmtahan asan deyildi. Lakin zəhmətim nəticəsində yüksək nailiyyət əldə etdim. Hər şagird özündə bu gücü tapsa, bunun öhdəsindən gələ bilər. Əvvəlki uğurlarımı və əziyyətimi nəzərə alaraq yüksək nəticə gözləyirdim. Mənə görə, ilk uğurum BDU-nin nəzdində “Gənc İstedadlar Liseyinə” qəbul olmağım və universitet tərəfindən fəxri fərmanla təltif edilməyim idi. Mən həm də Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul imtahanında maksimum nəticə göstərərək ilk yeri qazanmışdım. Bundan əlavə riyaziyyat üzrə müxtəlif Beynəlxalq olimpiadalarda qızıl və gümüş medallara layiq görülmüşəm. Gələcək planım hüquq sahəsində uğurlu mütəxəssis olmaqdır”, - deyə Ramal əlavə edib.



Bakı şəhəri, Akademik Z.Əliyeva adına lisey digər yüksəknəticəli şagirdi Denis Tişakov da yüksək nəticənin sirrini imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaqda görür.

“Müəllimlərimin böyük dəstəyi, onların verdiyi bilik və motivasiya sayəsində özümü imtahana tam hazır hiss edirdim. Mövzuları müntəzəm şəkildə təkrar edir, hər bir fənn üzrə biliklərimi daha da möhkəmləndirməyə çalışırdım. İmtahan mənim üçün çox çətin olmadı, çünki hazırlıq prosesində bütün mövzular üzərində diqqətlə çalışmışdım.

Qarşıma məqsəd olaraq yüksək nəticə qoymuşdum və bu nəticəni əldə edəcəyimə inanırdım. Buna görə də 300 bal toplamağı həm gözləyir, həm də buna ümid edirdim. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu nailiyyət mənim üçün böyük sevinc və motivasiya mənbəyi oldu.

Gələcəkdə əsas məqsədim informatika və proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirməkdir. Növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram”, - deyə o vurğulayıb.



Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Aydan Gülalıyeva isə sevincini belə ifadə edib:

“İmtahana özümün günlük hazırladığım planlar əsasında hazırlaşırdım. İmtahan mənə görə çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi. Özümdən bu nəticəni gözləyirdim, çünki özümə güvənirdim. Gələcəkdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm”.



Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Ağamalı isə məktəbdə həmişə əlaçı olduğunu vurğulayıb:

“Bütün fənləri eyni səviyyədə oxuyuram və həmişə əlaçı olmuşam. Liseyə qəbul olduqdan sonra dərslərimə daha böyük həvəslə yanaşmağa başladım. Mən Respublika Fənn Olimpiadalarının (RFO) finalçısı, eyni zamanda SAMSO beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalçısıyam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

End of content

No more pages to load

RADİO