Rusiya və Ukrayna mayın 9-dan 11-nə qədər atəşin dayandırılması, həmçinin hər tərəfdən min hərbi əsirin mübadilə edilməsi barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılıq veriblər. Tramp hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna lideri Volodimir Zelenskinin qərarını yüksək qiymətləndirdiyini vurğulayıb.
Ağ Ev rəhbəri Rusiya və Ukrayna arasındakı bu atəşkəsin münaqişənin sona çatmasının başlanğıcı ola biləcəyinə ümid etdiyini bildirib.
"Ümid edirəm ki, bu, çox uzun və şiddətli bir müharibənin sonunun başlanğıcıdır", — deyə o yazıb.
Trampın fikrincə, tərəflər hər keçən gün nizamlanmaya daha da yaxınlaşırlar.
Bizim.Media