“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Məhəmməd Quliyev və Gültac Abdullayevaya Almaniyadan uşaqlarının qaytarılması ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, aparıcı bu məsələdə özünün və vəkil Elvin Cəbrayılın əməyinin olduğunu bildirib:

“Bir hekayə danışacam sizə. Gültacın hekayəsi. Keçən il avqust ayı idi. Əməliyyatdan yenicə çıxmışdım. “Səni Axtarıram”a gələn mesajlara baxırdım. Bir ananın “Bu ailəyə kömək edin" yazısı və atdığı video diqqətimi çəkdi. Videoda Gültac və həyat yoldaşı danışırdı: övladları əllərindən alınmışdı, uşaqlar Fransadan Almaniyaya göndərilmişdi, özlərini də Azərbaycana deport edəcəkdilər.

Bir anlıq illər öncəyə döndüm. Almaniyada övladları əlindən alınan başqa bir ailə üçün verdiyimiz mübarizə...Və sonda uğursuz sonluq. Gültaca zəng etdim. Dayanmadan ağlayırdı.

Valideynlərini yeni itirmiş, narkozdan saatlar öncə ayılmış biri üçün bunları eşitmək ağır idi. Mən də onunla birlikdə ağlayırdım. Bilmirəm necə oldusa, bəlkə də bir ananı sakitləşdirmək üçün Gültaca dedim: "Rahat ol, uşağını alacağıq".

Xəstəxanadan çıxdım və ailə ilə görüşdüm. Ümidsiz, gözüyaşlı ana-ata... Bir-birimizə söz verdik ki, sonuna qədər gedib o uşaqları Vətənimizə geri gətirəcəyik.

Bu yolda bizim yanımızda olan, gecə-gündüz çalışan, işinin peşəkarı vəkilimiz Elvin bəy də oldu. Aylarla bu yolda birlikdə yeridik. Bəzən ümidlər bitdi, “mümkünsüzdür" dedik, amma bir gün olsun belə ümidsizlik bizə qalib gəlmədi.
 

Ailənin üstündən deportu götürməyi bacardıq, Almaniyaya yola saldıq. Bu, artıq işin müəyyən mərhələsindəki qələbə idi. Növbəti qələbəmiz uşaqlarla görüşün alınması oldu. Sonra geri alınma məhkəməsi... Aylarla getdi bu məhkəmələr. Bu gün artıq o gündür - qələbə günü. Məhkəmə sonlandı və biz qazandıq. Ailə övladlarına qovuşdu. İnanın, bundan böyük sevincim olmayıb. Çox sevinirəm.


Elvin bəylə birlikdə çıxdığımız bu yol nə qədər çətin olsa da, biz qalib gəlməyi bacardıq.

Alqışlanmalıdır! Amma məni üzən bir məqamı qeyd etməliyəm: görəsən bəzi səhifələr bu xəbəri verərkən niyə ailənin fikirlərini tam vermir?

Anlayıram, burada kiminsə əməyi var, uğuru var, qələbəsi var. Kiminsə qələbəsini elan etmək, uğuruna sevinmək üçün böyük ürək sahibi olmalısan. Vicdanın gözügötürməzliyə, paxıllığa qalib gəlməlidir. Bu çətindir, bilirəm. İllərdir paxıllığın, gözügötürməzliyin nə olduğunu bilən, ayağının altına atılan daşlara, uğurunun kiçildilməsi üçün edilən hər cür pisliyə sinə gərərək addımlayan biri olaraq deyirəm - immunitetim güclənib

Sadəcə, tam yaza bilməyəcəyin xəbəri niyə verirsən? Axı nə mən, nə də ailə xahiş etməmişik xəbəri yay. Deməli, xəbəri yaymaq sənin üçün lazımdır: oxunma sayı, yeni izləyicilər və s... Yəni xəbəri verirsənsə, olduğu kimi yazacaqsan!!!!!

Çox danışmaq istəmirəm. Qısası, Elvin bəyi və özümü təbrik edirəm. Biz qalib gəldik. Önəmli olan budur”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

End of content

No more pages to load

RADİO