Gündəlik həyatımızda stress, kədər və ya rahatlamaq istədiyimiz zaman tez-tez etdiyimiz “ah çəkmə” hərəkəti elmi olaraq düşündüyümüzdən də çox əhəmiyyətli funksiyaya malikdir.
ABŞ-da yerləşən bir tədqiqat qrupu, dərin nəfəs almanın ağciyərlərin çökməsinin qarşısını alan və alveol adlanan hava kisələrini qoruyan təbii bir mexanizm olduğunu ortaya qoyub.
Araşdırmalar göstərir ki, insan bədəni bu refleksi şüursuz şəkildə, lakin müntəzəm fasilələrlə yerinə yetirir.
Bizim.Media xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan bir təhlil göstərib ki, siçanlar üzərində aparılan araşdırmada “ah çəkmə”nin ağciyərlərdəki səthi gərginliyi azaldan bir maddəni yenidən aktivləşdirdiyi müəyyən olunub.
Bu maddə hər dəfə nəfəs alanda hava kisələrinin çökməsinin qarşısını alır və oksigen mübadiləsini qoruyur.
Tədqiqatçıların fikrincə, bu refleksin əsas məqsədi ağciyər səthinin qurumasının və yapışmasının qarşısını almaqdır.
İnsanlar şüursuz olaraq gündə orta hesabla 12 dəfə ah çəkirlər.
Bu rəqəm azaldıqda, xüsusən də uzun müddət hərəkətsizlik və ya tənəffüs xəstəliyi hallarında ağciyərin funksiyası azala bilər.
Bizim.Media