Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Məlumata əsasən, imtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bizim.Media xəbər verir ki, “modern.az” imtahan iştirakçıları sırasında maksimum bal toplayan şagirdlərdən biri - Bakı şəhəri 102 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Həsən Məhərrəmli ilə həmsöhbət olub.

O saytımıza açıqlamasında ilk növbədə öz valideynlərinə və məktəb müəllimlərimə təşəkküünü ifadə edib.

Onun sözlərinə görə, qazandığı uğurda məktəb müəllimlərinin böyük əməyi var:

"Müəllimlərimin bu uğurda çox böyük rolu olub. Onlara minnətdarlığımı bildirmək istəyirəm.
Demək istəyirəm ki, tədris ili ərzində hər gün təxminən üç saat dərs oxuyurdum. Son bir ayda isə hazırlığımı daha da artıraraq gündə 6-7 saat məşğul olurdum. Bu uğuru əldə etmək üçün çox çalışdım.

Düşünürəm ki, əsas məsələ müntəzəm çalışmaqdır. Doqquzuncu sinfə qədər də daim oxuyurdum, dərslərimə məsuliyyətlə yanaşırdım. Müəllimlərimlə çox yaxşı münasibətim var və hesab edirəm ki, uğur qazanmaq üçün belə olmaq vacibdir".

Yüksək bal toplayan Həsən eyni zamanda imtahanlara fərdi özünün hazırlaşdığını da söyləyib:

"Mən repetitor yanında hazırlaşmamışam, məktəb müəllimlərimin dəstəyi ilə oxumuşam. İmtahandan əvvəl nəticə ilə bağlı tam əmin deyildim. Bir neçə açıq sualla bağlı narahatlığım var idi, amma şükürlər olsun ki, hər şey yaxşı oldu.

Həsən II ixtisas qrupu üzrə hazırlaşdığını da bildirib:

“Bu istiqamətə marağım hələ ilk siniflərdən yaranıb. Xüsusilə tarix və coğrafiya fənlərini çox sevirəm və bu sahədə nəticələrim həmişə yaxşı olub. İnanıram ki, 11-ci sinifdə də yüksək nəticə göstərərək 700 bal toplayacağam”, - deyə o söyləyib.

Məlumat üçün bildirək ki, ingilis dilində tədris alan 1 nəfər də 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

End of content

No more pages to load

RADİO