Tibb dünyasını ikiyə bölən qərar: Reseptləri artıq həkimlər yazmır

Səhiyyə dünyasında adət olunmamış bir dövr başlayıb.

Bizim.Media xəbər verir ki, ChatGPT-nin səhiyyəyə yönəlmiş versiyasının elanından dərhal əvvəl ABŞ-ın Utah ştatı xroniki xəstəlikləri olan şəxslərin istifadə etdiyi 190 dərmanın reseptini süni intellekt sistemi tərəfindən yenilənməsinə icazə verən, ölkə üzrə bir ilk pilot tətbiqə start verib.
 

Bu pilot tətbiq "Doctronic" adlı səhiyyə texnologiyaları şirkəti ilə birlikdə idarə olunur. Sistem əsas məqsəd olaraq, səhiyyə xidmətlərinə çıxışı asanlaşdırmaq, xərcləri azaltmaq və artıq üzərində böyük yük olan səhiyyə işçilərini bir qədər rahatlatmaqdır.


Başlanğıcda resept yenilənməsi üçün hər dəfə 4 dollar kimi simvolik bir ödəniş tələb edən sistemin, gələcəkdə sığorta çərçivəsinə alınması və ya illik sabit ödənişlə təqdim olunması planlaşdırılır. Lakin bütün dərmanlar bu sistemə daxil deyil. Məsələn, sui-istifadə riski yüksək olan ağrıkəsicilər və ya DEHB dərmanları kimi həssas qruplar sistemin xaricində saxlanılır.

"Doctronic" məlumatlarına görə, süni intellektin verdiyi qərarlar real həkimlərin qərarları ilə 99,2% uyğunluq göstərir. Bu sistemin səhv payının çox aşağı olduğunu göstərsə də, tibbi müdaxilələrdə ən kiçik səhvin belə həyati nəticələr doğura biləcəyi reallığı müzakirələri artırır.

Süni intellektin tibbi sınağı və riskləri

Süni intellektin səhiyyədə istifadəsi yenilik deyil. Cari hesabatlar göstərir ki, amerikalı tibb bacılarının 46%-i bu alətləri artıq həftəlik işlərində istifadə edir. Lakin resept yazmaq kimi kritik səlahiyyətin proqram təminatına verilməsi bəzi təhlükəli boşluqları da yaratmaq riski daşıyır.

Məsələn:

* Süni intellektin müxtəlif dərmanlar arasındakı qarşılıqlı təsirləri gözardı etməsi,

* Xəstənin vəziyyətində kritik xəbərdarlıq siqnallarını fərq edə bilməməsi.

Üstəlik, bəzi araşdırmalar göstərir ki, tibbi süni intellekt alətləri qadınların şikayətlərini bəzən yüngülləşdirir və müəyyən irq və etnik mənşəyə qarşı qərəzli diaqnozlar qoyur. Xüsusilə qaradərili xəstələr üzərində aparılan bəzi tədqiqatlarda alqoritmlərin sağlamlıq risklərini ağdərili xəstələrə nisbətən daha az hesabladığı müşahidə olunub ki, bu da azlıqların lazımi tibbi xidmət almasını çətinləşdirir.

Hüquqi baxımdan isə vəziyyət daha da mürəkkəbdir.

ABŞ-da ştatlar öz sərhədlərində tibbi təcrübə qaydalarını müəyyən etmək səlahiyyətinə malik olsa da, süni intellekt dəstəklı tibbi cihazların nəzarəti birbaşa Federal Qida və Dərman Agentliyi (FDA)-nın səlahiyyətinə daxildir. Utahdakı bu təcrübə uğurlu olarsa, tətbiqin Texas, Arizona və Missouri kimi ştatlara yayılması gözlənilir.(qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Baş nazirdən ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAM

Baş nazirdən ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAM

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI - FOTO

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI - FOTO

Xarici İşlər Nazirliyinin BƏYANATI

Xarici İşlər Nazirliyinin BƏYANATI

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Şəmkirdə evdə qadın meyiti TAPILDI

Şəmkirdə evdə qadın meyiti TAPILDI

İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

Qızıl və gümüş UCUZLAŞIR

Qızıl və gümüş UCUZLAŞIR

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

End of content

No more pages to load

RADİO