Ağcabədidə bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, "Azərişıq" ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Avşar kənd sakini Vəli Süleymanov rayon ərazisində elektrik dirəyində iş apararkən cərəyan vurması nəticəsində həyatını itirib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu