ABŞ Donbas münaqişəsinin həllində danışıqlar prosesinə cəlb edilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisindən məlumat verilib.
Qeyd olunub ki, ötən gün Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakla ABŞ Dövlət katibinin köməkçisi Robin Dunniqanla keçirilən görüşdə sözügedən məsələ müzakirə olunub.
Görüş zamanı ayrı-ayrılıqda enerji sektorunda əməkdaşlıq məsələsi qaldırılıb.
Tərəflər Ukraynanın Şimal Axını-2 ilə bağlı enerji sektorunda gördüyü təhdidləri də gündəmə gətirib.
Bizim.Media