9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 9 və 11 mayda "28 May-Əhmədli" mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq. Bənövşəyi xətdə, "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud qrafik dəyişməz qalacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.
Qeyd edilib ki, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün stansiyalarda nəzarət gücləndiriləcək, əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Bizim.Media