Biləsuvarda bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Belə ki, mayın 7-də saat 02:00-da 2006-ci il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ əlin və kürək nahiyəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent üzərində cərrahi əməliyyat icra olunub və hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir. (Oxu.az)
Bizim.Media