Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

Müstəqil siyasət yürütməyən ölkələr daim böyük güclərin himayəsinə arxalanır, onlardan mədət umurlar. Hakimiyyətlər dəyişir, hamilər biri-birini əvəz edir, amma müstəqil siyasət xəyal olaraq qalır. Təbii ki, siyasi transformasiyalar belə ölkələr üçün olduqca ağrılı, xaos şəraitində keçir. Çünki heç bir böyük güc forpostunu itirmək, ya da rəqiblərinə güzəştə getmək istəmir.

Obrazlı desək, “fillərin döyüşəndə otlar əzilir”.

Bu gün Ermənistan nümunəsinə baxdıqda eynilə qeyd etdiyimiz mənzərənin şahidi oluruq. Hazırki mənzərənin kökləri isə 200 il əvvələ, ermənilərin regiona köçürülməsinə qədər uzanır. O dövrdə Çar Rusiyası Cənubi Qafqazda özünə sadiq qüvvə formalaşdırmaq, Anadolu və Qafqaz türklərinin arasında sədd çəkmək üçün ermənilərdən istifadə etməyə başladı.

Həmin vaxtdan etibarən Rusiyada rejimlər, hətta formasiyalar dəyişdi, feodalizm dağıldı, sosializm gəldi, kapitalizmə də keçildi, amma erməni kartından istifadə strategiyası öz varlığını qorudu.

Ta ki son illərə qədər...

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra İrəvanın Moskva ilə münasibətləri əvvəlcə yavaş-yavaş, son illərdə isə sürətlə dəyişməyə başladı. Ermənistan faktiki olaraq Rusiyadan üz çevirdi. KTMT-də fəaliyyət donduruldu, Ermənistan rəsmiləri hər fürsətdə Moskvanı tənqid edən fikirlər səsləndirdilər.

Yanlış anlaşılmasın, Ermənistan bu addımları nəhayət ki, müstəqil xarici siyasət yürütmək üçün atmır. Bütün proses sadəcə Rusiyanı Qərblə əvəz etməyə hesablanıb. Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsinin təsdiqlənməsi, Fransa ilə hərbi ittifaq qurulması, kütləvi surətdə Qərbdən silah alışı məhz bu siyasətin əyani göstəriciləridir.

Təbii ki, Rusiya buna səssiz qalmadı.

İş o həddə gəlib çatdı ki, Rusiya rəsmiləri Avrointeqrasiya yolu tutmağa çalışan Ermənistanın ünvanına ardıcıl təhdidlər səsləndirdilər. Hətta Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov İrəvanın Moskvadan iqtisadi asılılığını qabardaraq, Ermənistanı üstüörtülü iqtisadiyyatını çökdürməklə hədələdi.

Bənzər ritorikada açıqlamalar xarici işlər naziri Sergey Lavrov, o cümlədən Rusiya Baş nazirinin müavini Aleksey Overçukdan da gəldi. Yəni, Kreml açıq şəkildə Ermənistan kimi forpostunu itirməmək üçün mübarizə aparacağının mesajını həm İrəvana, həm də Qərbə çatdırdı.

Təhdidlər davam edir...
 

Bu həftə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti isə Ermənistan üzərində Rusiya-Qərb qarşıdurmasının pik həddə çatdığını bir daha nümayiş etdirdi. Xüsusilə də, Fransanın bu məsələdə fəallığı diqqət çəkdi. Belə ki, Makron və Paşinyan iki ölkə arasında hərbi texnologiyaların inkişafı, müdafiə sistemlərinin araşdırılması və hərbi geyim ləvazimatlarının tədarükü sahəsində əməkdaşlıq haqqında sazişlər imzaladılar.


Rusiya yenə də buna səssiz qalmadı. Ənənəvi olaraq, rəsmilərdən əvvəl Kremlə yaxın politoloqlar İrəvanı hədəf alan bəyanatlarla çıxış etdilər. Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko rəsmi mətbu orqan olan “Ria Novosti”də dərc olunan açıqlamasında Ermənistanın müstəqilliyini itirmək riski ilə üz-üzə olduğunu bildirdi.

Politoloq İvan Mezyuxo isə Paşinyanın Ermənistanı Rusiya əleyhinə yönəltməyə çalışdığı və bununla da ölkəsini fəlakətə sürüklədiyi xəbərdarlığını etdi. Mezyuxonun açıqlamasında bir məqam xüsusilə diqqət çəkir:

“Nikol Paşinyan ölkəsini Ukrayna yolu ilə aparır. Görünür, o, Kiyevin acı təcrübəsindən heç nə öyrənməyib”.

Ermənistan üçün Ukrayna ssenarisi

Ukraynada 2014-cü ildə başlayan Maydan hərəkatı və sonrakı 12 il ərzində baş verənlər hamımıza yaxşı məlumdur. Qərb institutlarının dəstəyi ilə Yanukoviçin devrilməsi əvvəlcə Krımın itirilməsi ilə nəticələndi. Daha sonra isə Donbasın bir hissəsi Kiyevin nəzarətindən çıxdı.

Rusiya Ukraynada sonrakı illərdə davam edən Qərbyönümlü siyasəti, NATO ilə yaxınlaşmanı isə özünə birbaşa təhdid kimi gördü və 2022-ci ildə açıq işğala başladı. 4 ildən çoxdur davam edən savaşda dəqiq sayı bilinməsə də milyonlarla insan ölüb, yaralanıb, yaxud itkin düşüb. Ukraynadan qaçqın düşənlərin sayı isə 10 milyona yaxındır.

İqtisadiyyata, infrastruktura vurulan zərərin məbləği 100 milyardlarla dollarla ölçülür. Savaşın sonu isə görünmür.

Bu gün Ermənistanda Ukraynadakına bənzər ssenari yaşanır. Amma Ermənistan Ukrayna nümunəsindən dərs çıxarmaq yerinə eyni yolda addımlamağa çalışır.

Elə hesab edirlər ki, Qərbin şirin vədləri praktikada da öz əksini tapacaq.

Amma belə olmayacaq, bunu dəfələrlə görmüşük, görməyə də davam edirik.

Ermənistan anlamalıdır ki, 200 il ərzində Rusiya onlara necə baxıbsa, Qərb də o gözlə - alət kimi baxır.

Fransa başda olmaqla, Qərb Ermənistanı nə Qarabağ ermənilərinin qayıdışı, nə də real təhlükəsizlik üçün dəstəkləyir. Hətta böhran vəziyyətində Paşinyana ilk zərbəni Fransa vursa, heç təəccüblü olmaz. Necə ki, Qəddafi çətinə düşəndə ona ilk zərbəni seçki kampaniyasına pul ayırıb, iqtidara daşıdığı Sarkozi vurmuşdu.

Bu gün Sarkozinin kreslosunda Makron əyləşib. Yalnız adlar dəyişməyib, Fransanın beynəlxalq nüfuzu azalıb, siyasi mədəniyyəti deqradasiyaya uğrayıb. Ona görə də dar gündə Makrona güvənmək, əyləci işləməyən maşınla yola çıxmaq kimidir.

Bu yol isə Ermənistanı uçuruma - böyük güclərin qarşıdurma meydanına çevrilməyə aparır…

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

End of content

No more pages to load

RADİO