“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.

Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, hadisədən bir müddət əvvəl Balaəlinin anası V.Cavadova evi tərk edib. Qadın ərinin və iki oğlunun narkotik vasitə qəbul etmələrindən, nalayiq hərəkətlərə yol vermələrindən bezərək başqa ev tutub və oraya köçüb.

Zərərçəkmiş qadın məhkəmədəki ifadəsində oğullarının da, ərinin də narkotik istifadəçisi olduğunu bildirib.

“Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Elnur (şərti) əsgərliyə gedəndən sonra onun qollarını kəsməsi ilə bağlı xəbər gəldi, Balaəli əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçdığı xəbəri gəldi. Mən Balaəlinin əsgərlikdən qaçmasının qarşısını aldım və qardaşımla onu geri apararkən Balaəli qardaşıma “şüşə” çəkdiyini etiraf etdi.
 

Ümumiyyətlə, mən yoldaşımın da, Balaəli və Elnurun da narkotik istifadəçisi olduğunu bilirdim.
Yoldaşım evə dəfələrlə narkomanları gətirirdi, oğullarım narkomanlarla məni evdə tək qoyurdular, mən bıçaqlandıqdan sonra digər oğlum Elnur 3 dəfə tutulub. Yoldaşımın da narkotikə görə məhkumluğu olub.


Mən bütün bunlara nə qədər dözməli idim? Evdə sadəcə mən işləyirdim və mənim günə 12 manata işləməyimə baxmayaraq, evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Evə gec saatlarda gələndə narkotik vasitə istifadə etmək üçün yoldaşım məni evdən çölə çıxarırdı.

Mən evə internet çəkdirmək üçün bir nəfər şəxslə telefonumda danışan zaman Elnur məni döydü. Hansı ki “Tiktok” sosial şəbəkəsində uyğunsuz şəxslərlə əlaqə saxlayırdı. Qeyd etdiyim bütün bu məsələlərə görə evi tərk etdim.
 

Başqa evdə yaşasam da, Balaəli yanıma gəlib-gedirdi. Balaəli ad günü münasibətilə məndən ona telefon almağımı istəmişdi, mən ona telefon aldım və telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim, habelə, bir nəfər tanışım mənə Balaəlinin mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat vermişdi.


Baləlidə qaldığım evin açarı var idi. Həmin gün içəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan telefonu niyə satdığını soruşdum, o isə “başımı xarab eləmə, əcəb etmişəm və s.” dedi. Mən isə onu söydüm və mənə “onsuzda səni qanına qaltan etməyə gəlmişəm” dedi.
 

Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Balaəli içəri daxil oldu. Çölə çıxmağını istədim, çıxıb dərhal geri qayıtdı və nalayiq söz işlədərək məni bıçaqla vurdu. Mən qışqıraraq kömək istəyirdim, Balaəli isə bıçaq zərbələrinə davam edirdi.


Daha sonra çölə qaçdı. Bibimə zəng vurdum, “ölürəm, kömək edin” dedim. Sonrakı baş verənləri isə huşum üzərimdə olmadığına görə xatırlamıram. Balaəlidən şikayətim yoxdur, mənəvi olaraq onu bağışlamasam da, barışmışam”, - ana öz ifadəsində qeyd edib.

B.Cavadov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün həbsə məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

End of content

No more pages to load

RADİO