Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun 7 nömrəli tam orta məktəbi istiqamətində qeydə alınıb.
Məlumata görə, 7 yaşlı oğlan uşağını avtomobil vurub.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Uşağın qaraçı uşağı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu