Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Milyarder və investisiya rəhbəri Con Polson keçmiş həyat yoldaşı Cenni Polsonla illərlə davam edən qalmaqallı boşanma mübahisəsini rəsmi şəkildə həll edib.

Bizim.Media xəbər verir ki, bu barədə Page Six məlumat yayıb.

Razılaşmanın detalları gizli saxlanılır. Lakin məhkəmə sənədlərinə görə, tərəflər arasında barışıq sazişi mayın 4-də təqdim olunub.
 

“Cenni Polson və Con Polson boşanma prosesi və trastlarla (ailə sərvətinin bölüşdürülməsi) bağlı mübahisələri sülh yolu ilə həll etmək qərarına gəliblər”, - deyə onların vəkillərinin birgə açıqlamasında bildirilib.


Açıqlamada qeyd olunub ki, hər iki tərəf bu məsələni şəxsi mövzu hesab edir və nə onlar, nə ailə üzvləri, nə də dostları bundan sonra şərh verməyəcəklər.

Beləliklə, illərlə davam edən hüquqi mübarizə başa çatıb. Proses qarşılıqlı ittihamlar, vəkillərin sərt açıqlamaları və böyük sərvət uğrunda mübahisələrlə müşayiət olunurdu.

Hələ 2022-ci ilin iyulunda Cenni Polson keçmiş ərini aktivləri ondan gizlətmək üçün “gizli trastlar şəbəkəsi” yaratmaqda ittiham etmişdi. Milyarderin tərəfi isə bu iddiaları qəti şəkildə rədd edərək trastların onilliklər əvvəl cütlük tərəfindən birgə, övladlarının maraqlarını qorumaq üçün yaradıldığını bildirmişdi.
 

2024-cü ildə Page Six yazmışdı ki, Polson 21 illik evlilikdən sonra keçmiş həyat yoldaşına yüz milyonlarla dollar nağd pul təklif edib. Lakin Cenni bu təklifi “alçaldıcı və təhqiredici” adlandırmışdı.


“Qəlbim və vicdanımla hiss edirəm ki, əmlakın 50/50 bölünməsinə layiqəm”, - deyə onun jurnalistlərə məlum olan elektron məktublarından birində yazdığı bildirilir.

O, həmçinin “60/40” variantının da qəbul oluna biləcəyini qeyd etmişdi. Çünki oxşar boşanmalarda belə razılaşmalara rast gəlinib.

Polson tərəfi isə təklif edilən məbləğin Cennini “Amerikanın ən varlı qadınlarından birinə” çevirəcəyini bildirirdi. Bununla yanaşı, əsas trastların qızlarının maraqları naminə qorunmasının vacib olduğu vurğulanırdı.

Münaqişə qısa müddətdə təkcə maliyyə deyil, həm də ictimai qalmaqala çevrilmişdi. Keçmiş ər-arvadın vəkilləri mətbuat vasitəsilə bir-birinə sərt cavablar verirdilər.

Tərəflər illərlə davam edən qarşıdurmaya baxmayaraq, sonda razılığa gələ biliblər.

Daha əvvəl keçmiş həyat yoldaşlarının Hemptons və Kolorado ştatının Aspen bölgəsindəki elit daşınmaz əmlak uğrunda da mübarizə apardıqları bildirilirdi. Cütlüyün nikah müqaviləsi olmayıb.

Qeyd edək ki, Con Polson 2008-ci il maliyyə böhranından əvvəl ABŞ ipoteka bazarına qarşı mövqe tutaraq milyardlarla dollar qazanması ilə məşhurlaşıb.

Onun sərvəti təxminən 4,7 milyard dollar qiymətləndirilir.

Hazırda 70 yaşlı maliyyəçi 38 yaşlı sevgilisi Alina de Almeyda ilə nişanlıdır. Ötən il cütlüyün qızı dünyaya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

End of content

No more pages to load

RADİO