Səhrada nəhəng bir balina qəbiristanlığı tapıldı - Sirr açıldı

Buna inanmaq çətindir, lakin müasir balinaların əcdadları qədim zamanlarda quru heyvanları olublar, amma bir anda okean sakinlərinə çevriliblər. Bunun necə baş verdiyi uzun müddət sirr olaraq qalırdı. Lakin ərəbcə "Balina vadisi" mənasını verən Vadi-el-Hitanın kəşfi hər şeyi dəyişib.

Bizim.Media xəbər verir ki, bunu "IFLScience" yazıb.

"Balina vadisi" Misirin Qərb səhrasında yerləşən və dünyanın ən böyük qədim balina qəbiristanlığı olan yerdir.

Tədqiqatçılar burada 400-dən çox demək olar ki, tam saxlanılmış tarixöncəsi bu heyvanların skeletlərini tapıb. Onların çoxu təxminən 40 milyon il əvvələ - indiki Səhranın bir hissəsinin Tethis dənizi ilə örtülü olduğu dövrə aiddir.

Fosil qalıqları sübut edir ki, bu, balinaların tarixində həlledici mərhələ olub - arxeosetlərin dövrü, yəni quru ilə dəniz arasında keçid əlaqəsi olan ən qədim məlum balina yarımdəstəsi.

"Bu fosil qalıqları əsas evolüsiya hekayələrindən birini əks etdirir: balinanın əvvəlki quru həyatından sonra dəniz məməlisi kimi meydana çıxması. Bu mərhələni nümayiş etdirmək üçün bu dünyanın ən vacib yeridir", deyə 2005-ci ildə "Balina vadisi" Ümumdünya irsi siyahısına daxil ediləndə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qərarında qeyd olunur.

Orada qeyd olunur ki, Vadi-el-Hitan fosilləri arxa ətrafların itirilməsinin son mərhələlərində olan ən gənc arxeosetləri nümayiş etdirir. O vaxta qədər onlar artıq müasir balinaların tipik uzunsov gövdəsinə malik idilər, lakin hələ də kəllə və diş quruluşunun bəzi ibtidai xüsusiyyətlərini saxlayırdılar.

Bu "keçid" balinalarından biri Basilosaurus isis idi - güclü çənələri olan 16 metr uzunluğunda yırtıcı. Lakin onun adı sizi aldatmasın: onlar əslində arxeosetlər idi, sürünənlər deyil.

Basilosaurus sümüklərini XIX əsrdə ilk dəfə tapdıqda, paleontoloqlar onları Mezozoy dövrünün dəniz kərtənkələlərinin qalıqları hesab ediblər.

Basilosaurus, müasir nəsilləri kimi, tamamilə suda yaşayıb, lakin hələ də onun quru əcdadlarının bəzi xüsusiyyətlərini saxlayıb. Məsələn, o, arxa ətrafları saxlayıb, baxmayaraq ki, onlar çətin ki, funksional olub.

"Yarım metrdən az uzunluqda olan bu kiçik ətraflar, çox güman ki, Basilosaurusa üzməkdə kömək etmirdi və mütləq quruda gəzməyə imkan vermirdi", deyə UNESCO-nun "Balina vadisi" üçün nominasiya sənədində izah olunur. Bununla belə, fərziyyə var ki, onlar suda cütləşmə zamanı rol oynaya bilərdilər.(Qaynarinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var

Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var

Bakının mərkəzində avtomobil yandı – VİDEO

Bakının mərkəzində avtomobil yandı – VİDEO

Ölkəmizdə toxum ehtiyatı fondları YARADILACAQ

Ölkəmizdə toxum ehtiyatı fondları YARADILACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Emiliya 2-ci şans imtahanından 400 bal toplamağa çalışacaq

Emiliya 2-ci şans imtahanından 400 bal toplamağa çalışacaq

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Nəzarət mexanizmləri AÇIQLANDI

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Nəzarət mexanizmləri AÇIQLANDI

ABŞ Konqresində konfrans: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır - FOTO

ABŞ Konqresində konfrans: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır - FOTO

Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

İşğaldan azad olunan ərazilərdə də qanvermə aksiyaları təşkil edilib

İşğaldan azad olunan ərazilərdə də qanvermə aksiyaları təşkil edilib

Planetin ən zəngin insanları harada və necə dincəlirlər? - FOTO

Planetin ən zəngin insanları harada və necə dincəlirlər? - FOTO

Azərbaycan neftinin UCUZLAŞDI

Azərbaycan neftinin UCUZLAŞDI

Elnur Mustafayev: “Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir”

Elnur Mustafayev: “Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir”

Venesuela zəlzələsində 32 ölü, 700-dən çox yaralı var - VİDEO

Venesuela zəlzələsində 32 ölü, 700-dən çox yaralı var - VİDEO

Dənizdə batan 4 gəncdən sonuncusunun da MEYİTİ TAPILDI

Dənizdə batan 4 gəncdən sonuncusunun da MEYİTİ TAPILDI

Rəsmilər qanvermə aksiyasında – FOTO

Rəsmilər qanvermə aksiyasında – FOTO

Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

“Bu səhvim məni 700 baldan ayırdı”- Ölkə birincisi

“Bu səhvim məni 700 baldan ayırdı”- Ölkə birincisi

Qadın turist yüzillik qadağanı pozdu - Kişilər olan çimərliyə keçdi

Qadın turist yüzillik qadağanı pozdu - Kişilər olan çimərliyə keçdi

Bakıya təşəkkür, radikallara XƏBƏRDARLIQ – İrandakı anti-Azərbaycan kampaniyası necə İFLASA UĞRADI?

Bakıya təşəkkür, radikallara XƏBƏRDARLIQ – İrandakı anti-Azərbaycan kampaniyası necə İFLASA UĞRADI?

End of content

No more pages to load

RADİO