Qadın turist yüzillik qadağanı pozdu - Kişilər olan çimərliyə keçdi

İtaliyanın məşhur "Banyo-Marino-La-Lanterna" (yerli əhali arasında "Pedoçin" kimi tanınır) çimərliyində ötən həftəsonu böyük skandal yaşanıb. Avropada gender bölgüsünün hələ də qorunub saxlanıldığı bu sonuncu sahildə, milanlı bir qadın turist qaydaları nümayişkaranə şəkildə pozaraq sevgilisi ilə birlikdə çimərliyin "kişilər" üçün nəzərdə tutulmuş hissəsində uzanıb.

Bizim.Media xəbər verir ki, özünü haqlı çıxarmağa çalışan turist qadın onu ərazidən uzaqlaşdırmaq istəyən yerli sakinlərə "Siz burada Orta əsrlərdə yaşayırsınız!" deyərək qışqırıb.
 

Adriatik dənizi sahilində, İtaliyanın şimalındakı Triest şəhərində yerləşən "Pedoçin" çimərliyi 1900-cü illərin əvvəllərində yaradılıb. Hazırda bura Avropada qadın və kişilərin ayrı-ayrı çimdiyi yeganə rəsmi çimərlik sayılır. Sahil xətti 3 metrlik beton divarla iki yerə bölünüb: bir tərəfdə qadınlar və 12 yaşadək uşaqlar, digər tərəfdə isə kişilər istirahət edir.


Yerli sakinlər bu formata çox öyrəşiblər. Qadınlar kişilərin baxışlarından uzaq, tam rahat şəkildə qaralır, kişilər isə öz zonalarında qəzet oxuyub söhbət edirlər. Qarşı tərəflə ünsiyyət qurmaq istəyənlər üçün yeganə kompromis zonası isə dənizdə divarın bitdiyi sahədir.

Yüz ildən artıqdır davam edən bu idilliyanı Milan şəhərindən gələn cütlük pozub.

"Siz bir qrup seksist və geridəqalmışsınız! Bu, xalis diskriminasiyadır, ayıb olsun sizə!" — deyə hüquqlarının pozulduğunu iddia edən aqressiv qadın ona irad bildirən yerli qadının üzərinə qışqırıb. İşin istehzalı tərəfi ondadır ki, ona xəbərdarlıq edən 50 yaşlı yerli sakin əslində əlil oğlunun tualetə getməsinə kömək etmək üçün müvəqqəti olaraq həyat yoldaşı ilə birlikdə kişi tərəfinə keçibmiş.
 

"Il Piccolo" nəşrinin məlumatına görə, milanlı qadın xüsusi qayğıya ehtiyacı olan uşağın anasını "geridəqalmış seksist" adlandıraraq onun üzərinə hücum çəkib. Ətrafdakı kişilər araya girərək fiziki davanın qarşısını alsalar da, yaranan qarışıqlıqda çimərlik işçisi olan bir xanım güclü itələməyə məruz qalıb. Xuliqanlıq edən cütlük rüsvayçılıqla çimərlikdən qovulub. Onlar çıxışda kassa qarşısında da skandal yaradaraq giriş üçün ödədikləri 2.40 avro məbləğində pulun geri qaytarılmasını tələb ediblər.


Sosial şəbəkə istifadəçiləri yerli ənənələrə hörmətsizlik etdiklərinə görə yekdilliklə milanlı turistləri qınayıblar.

"Bəli, bu qaydalar Orta əsrlərdən qalma bir xatirə kimi görünə bilər, lakin yüz ildir öz qanunları ilə yaşayan insanların mühitinə öz nizamnaməni zorla qəbul etdirmək nəyə lazımdır?" — deyə "X" (keçmiş Twitter) istifadəçilərindən biri yazıb.

Digər şəbəkə istifadəçiləri isə bu hərəkəti axmaqlıq və təkəbbürlük adlandıraraq, qədim ənənələrə və yerli mədəniyyətə hörmətlə yanaşmağın mütləq olduğunu vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən ay nağdsız ödənişlərin həcmi nə qədər olub?

Ötən ay nağdsız ödənişlərin həcmi nə qədər olub?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var

Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var

Bakının mərkəzində avtomobil yandı – VİDEO

Bakının mərkəzində avtomobil yandı – VİDEO

Ölkəmizdə toxum ehtiyatı fondları YARADILACAQ

Ölkəmizdə toxum ehtiyatı fondları YARADILACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Emiliya 2-ci şans imtahanından 400 bal toplamağa çalışacaq

Emiliya 2-ci şans imtahanından 400 bal toplamağa çalışacaq

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Nəzarət mexanizmləri AÇIQLANDI

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Nəzarət mexanizmləri AÇIQLANDI

ABŞ Konqresində konfrans: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır - FOTO

ABŞ Konqresində konfrans: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır - FOTO

Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

İşğaldan azad olunan ərazilərdə də qanvermə aksiyaları təşkil edilib

İşğaldan azad olunan ərazilərdə də qanvermə aksiyaları təşkil edilib

Planetin ən zəngin insanları harada və necə dincəlirlər? - FOTO

Planetin ən zəngin insanları harada və necə dincəlirlər? - FOTO

Azərbaycan neftinin UCUZLAŞDI

Azərbaycan neftinin UCUZLAŞDI

Elnur Mustafayev: “Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir”

Elnur Mustafayev: “Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir”

Venesuela zəlzələsində 32 ölü, 700-dən çox yaralı var - VİDEO

Venesuela zəlzələsində 32 ölü, 700-dən çox yaralı var - VİDEO

Dənizdə batan 4 gəncdən sonuncusunun da MEYİTİ TAPILDI

Dənizdə batan 4 gəncdən sonuncusunun da MEYİTİ TAPILDI

Rəsmilər qanvermə aksiyasında – FOTO

Rəsmilər qanvermə aksiyasında – FOTO

Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

“Bu səhvim məni 700 baldan ayırdı”- Ölkə birincisi

“Bu səhvim məni 700 baldan ayırdı”- Ölkə birincisi

Qadın turist yüzillik qadağanı pozdu - Kişilər olan çimərliyə keçdi

Qadın turist yüzillik qadağanı pozdu - Kişilər olan çimərliyə keçdi

End of content

No more pages to load

RADİO