Trampdan Avropanı qorxuya salan ADDIM – “Köhnə qitəni müharibələr bürüyə bilər”

ABŞ Prezidenti Donald Tramp son zamanlar Avropa dövlətlərini də sıxışdırmağa başlayıb.

Belə ki, ABŞ lideri bir müddət əvvəl Vaşinqtonda öz şərtlərini diktə etməklə Avropa İttifaqı ölkələrinə 15 faizlik tarif rüsumları tətbiq etdi. Aİ isə buna münasibətdə ABŞ-a qarşı heç bir addım ata bilmədi.

İndi isə Vaşinqton Aİ-yə qarşı sanksiyalara hazırlaşır.

Belə ki, məlumatlara görə ABŞ prezidenti Donald Tramp administrasiyası Avropa İttifaqı və ya ayrı-ayrı Avropa ölkələrinin rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Buna səbəb kimi həmin şəxslərin Aİ-nin “Rəqəmsal xidmətlər haqqında” qanununu (Digital Services Act, DSA) həyata keçirməsi göstərilir. ABŞ hesab edir ki, sözügedən qanun söz azadlığını məhdudlaşdırır və Amerika texnologiya şirkətlərinə əlavə xərclər yaradır.

Düzdür, hələlik bu istiqamətdə yekun qərar verilməyib, habelə hansı konkret tədbirlərin görüləcəyi və mümkün sanksiyaların kimləri əhatə edəcəyi də dəqiq deyil.

Amma görünən odur ki, Tramp Avropaya qarşı növbəti həmləyə hazırlaşır.

Avropa bu günə qədər mövcudluğuna, ərazidə sabitliyin olmasına görə ABŞ-a borcludur. İkinci Dünya Müharibəsindən sonra məhz ABŞ-ın dəstəyi sayəsində Avropa inkişafa nail olub. İndi isə ABŞ Avropa ilə əməkdaşlıqda ədalətlilik, bərabərlik prinsipinin təmin olunmasını tələb edir. Hansı ki, 80 ilə yaxındır ABŞ-ın qayğısını görən Avropa ölkələri üçün bütün bunlar gözlənilməz olmaqla yanaşı, onları çətin vəziyyətə salıb.

Bütün bunlar isə “köhnə qitə”nin çöküşünü gündəmə gətirir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunda praqmatizm əsas rol oynayır:

“Bu isə ilk növbədə ABŞ-ın maraqlarının təmin edilməsinə yönəlik siyasətdir. Trampın mövqeyinə görə son 80 ildə ABŞ təmənnasız olaraq Avropanın təhlükəsiziyini təmin edib. Avropa isə bunun müqabilində Çindən ABŞ-la müqayisədə daha çox mal idxal edir. Buna baxmayaraq, “köhnə qitə” təhlükəsizlik zəmanətini ABŞ-dan tələb edir.

NATO-nun 32 ölkəsi olsa da, 31 ölkə qurumun büdcəsinin cəmi 20 faizini verir. Yerdə qalan 80 faiz isə ABŞ-ın hesabına təmin edilir. Tramp adminstrasiyası isə bunu ədalətsizlik hesab edərək, Avropadan həmin yanaşmanın dəyişdirilməsini tələb edir. Nəticədə Avropa ümumi daxili məhsulun 5 faizini hərbi büdcəyə ayırmağa məcbur oldu”.

Deputat xatırladır ki, Tramp adminstrasiyası eyni yanaşmanı, iqtisadi məsələlərlə əlaqədar olaraq da həyata keçirir:

“ABŞ dünyanın əksər dövlətlərinə qarşı rüsum siyasəti həyata keçirir. Tramp Avropadakı müttəfiqlərinə qarşı da bu siyasəti həyata keçirib, onlara münasibətdə 15 faizlik rüsum tətbiq edilib.  Vaşinqton indi də Avropa ölkələrinin ayrı-ayrı məsul rəsmilərinə qarşı sanksiyalar rejimini də tətbiq edir.

Bu siyasətin qarşısında Avropa ölkələri aciz qalaraq vəziyyətlə barışmalı olurlar. ABŞ-ın indiki rəhbərliyinin mövqeyi odur ki, münasibətlər ədalətli olmalıdır. Yəni bir tərəfin ancaq dəstək verməsi, digərlərinin isə bundan istifadə etməsi ənənəsinə artıq son qoyulur. Məsələn, Bayden adminstrasiyasından fərqli olaraq Tramp hökuməti Ukraynaya silah-sursatı havayı deyil, pulla verir. Bu fonda da Ukraynanı müdafiə edən Avropa ölkələri həmin vəsaitləri ödəməlidirlər. Tramp məhz bu cür praqmatik siyasət həyata keçirir”.

Deputat qeyd edir ki, belə yanaşma fonunda Avropa ölkələrində çaşqınlıq yaşanır:

“Nə qədər ki, ABŞ Avropadadır, onların səsi çıxmır. Amerika qoşunları Avropanı tərk etsə, “köhnə qitə”ni nifaq davaları və ərazilər uğrunda müharibələr bürüyəcək.

Avropada ABŞ-ın yüz minlik qoşunu var. Vaşinqton həmin qoşunları Avropadan çıxarsa, habelə ABŞ NATO-dan çıxsa, birmənalı şəkildə Avropada yerləşən ölkələr bir-birilə müharibəyə başlayacaqlar. İndi müdafiə etdikləri Ukrayna ilə bağlı Polşa, Rumıniya və Macarıstanın öz ərazi iddiaları var. Habelə, rumınlarla macarların bir-birinə qarşı torpaq iddiaları var. Almaniya ilə Fransa arasında da ənənəvi torpaq iddiaları mövcuddur. Bu mənada mövcud stabilliyə görə onlar Avropada mövcud olan ABŞ-a təşəkkür etməlidirlər.

Fövqəldövlət o qədər güclüdür ki, onun Avropa üzrə müttəfiqlərinin Trampın mövqeyilə barışmaqdan başqa çarələri qalmayacaq. Əks təqdirdə Avropanı müharibələr bürüyəcək və qitə çöküşlə üz-üzə qalacaq”.  

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Geomaqnit qasırğası OLACAQ

Geomaqnit qasırğası OLACAQ

Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq

Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq

Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi – FOTO

Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi – FOTO

Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

İran-ABŞ danışıqlarının növbəti mərhələsinin tarixi BƏLLİ OLDU

İran-ABŞ danışıqlarının növbəti mərhələsinin tarixi BƏLLİ OLDU

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU

Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU

Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verdi

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verdi

Kiyevdə ölü sayı 20-yə çatdı: Dağıntılar altında qalanlar var – VİDEO

Kiyevdə ölü sayı 20-yə çatdı: Dağıntılar altında qalanlar var – VİDEO

12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

End of content

No more pages to load

RADİO