Avropanı bürüyən qlobal istiləşmə fonunda Fransada dözülməz hava şəraiti hökm sürür.
Bizim.Media xəbər verir ki, Paytaxt Parisdə və ölkənin digər iri şəhərlərində əhali anomal istidən qorunmaq üçün soyutma sistemləri satan ticarət obyektlərinə axın edir.
Mağazalarda kondisioner və ventilyatorlar uğrunda alıcılar arasında ciddi mübahisələr, hətta əlbəyaxa davalar baş verib.
Qeyd edək ki, anomal istislər səbəbindən Fransada 1300-dən çox insan həyatını itirib. Ölümlərin sayının artması səbəbindən artıq Paris morqlarında yer tapılmır. Buna görə də meyitlər başqa şəhərlərə göndərilir.
Bizim.Media