Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) rəsmi məlumatına görə, Ukrayna paytaxtına bu gün təşkil olunan hücum nəticəsində həlak olanların sayı artaraq 20 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, qurbanların sayının artacağı istisna edilmir.
İlkin məlumatlara görə, xilasedicilərin işlədiyi dağıntılar və uçqunlar altında hələ də azı 10 nəfərin qaldığı ehtimal olunur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları fasiləsiz olaraq davam etdirilir.
Bizim.Media