Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

BMT Azərbaycanın yol təhlükəsizliyi sahəsindəki tədbirlərini yüksək qiymətləndirir.

Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, bu fikirlər xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtla görüşü zamanı səsləndirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
 

Nazir Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat verib.


Bu çərçivədə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi sahəsində görülən işlər vurğulanıb. Nazir həmçinin bütün ölkə ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə yüksək səvuyyəli yol və infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Jan Todt BMT Baş katibinin xüsusi elçisi qismində həyata keçirilən fəaliyyət, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

"Qalatasaray" Fransadakı iğtişaşlara görə UEFA-ya müraciət edəcək

Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı

Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı

Səhiyyə sahəsində YENİ DÖNƏM – TƏBİB-in nazirliyin tabeliyinə verilməsi nəyi dəyişəcək?

Səhiyyə sahəsində YENİ DÖNƏM – TƏBİB-in nazirliyin tabeliyinə verilməsi nəyi dəyişəcək?

Sibiqa: “Putinin Tramp və Si Tsinpinlə eyni masada yeri yoxdur”

Sibiqa: “Putinin Tramp və Si Tsinpinlə eyni masada yeri yoxdur”

Plastik tullantılardan peçenye hazırlanır? – Video

Plastik tullantılardan peçenye hazırlanır? – Video

Xaçmazda baş verən zəlzələ ilə bağlı rəsmi AÇIQLAMA

Xaçmazda baş verən zəlzələ ilə bağlı rəsmi AÇIQLAMA

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı - 12 ölü var

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı - 12 ölü var

Xalqa vəd edilən azadlıq, küçələrdə POLİS DƏYƏNƏYİ

Xalqa vəd edilən azadlıq, küçələrdə POLİS DƏYƏNƏYİ

Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa etdi

Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa etdi

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

End of content

No more pages to load

RADİO