İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların növbəti mərhələsi iyulun 18-də start götürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Al Hadath" telekanalı yayıb.
Məlumata görə, Vaşinqton və Tehran təmsilçilərinin növbəti görüşü dolayı formatda keçiriləcək. Lakin tərəflərin bir araya gələcəyi məkan barədə hələlik rəsmi məlumat verilmir.
Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistan vasitəçiləri Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Həmin danışıqların yekununda müsbət irəliləyişlərin əldə olunduğu bildirilir.
Bizim.Media