Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Azərbaycan Respublikasında hüquq-mühafizə sisteminin aparıcı strukturlarından hesab olunan Daxili İşlər Nazirliyinin təsis edilməsi münasibətilə ölkəmizdə hər il iyulun 2-si Polis işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu əlamətdar tarix 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında rəsmi status qazanıb.

Polis işçilərinin peşə bayramı gününün təsis edilməsi dövlətimizin və xalqımızın mənafeyi naminə fədakarlıqla çalışan Azərbaycan polisinin xidmətlərinə verilən ən yüksək qiymətin təzahürüdür. Bu gün Azərbaycan polisi dövlətimizin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin aparılması, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi səmərəli fəaliyyəti ilə cəmiyyətin etimadını qazanıb.

Bizim.Media xəbər verir ki, iyulun 2-də Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
 

Rayon Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, o cümlədən şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, RİH Başçısı Aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Rayon Polis Şöbəsinin kollektivinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Əfəndiyev bütün tədbir iştirakçılarını salamlayaraq vurğulayıb ki, bu əlamətdar gün dövlətçiliyimizin keşikçisi olan hər bir polis əməkdaşının fədakar əməyinə dövlət və cəmiyyət tərəfindən verilən yüksək ehtiramın bariz nümunəsidir.

Azər Əfəndiyev rəhbərlik etdiyi Qusar Rayon Polis Şöbəsinin kollektivini, o cümlədən respublikamızın bütün polis işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Azər Əfəndiyev qeyd edib ki, Qusar Rayon Polis Şöbəsinin şəxsi heyəti onlara həvalə olunmuş vəzifələri yüksək peşəkarlıqla, qanunun aliliyi və vətəndaş məmnuniyyəti prinsiplərinə sadiq qalaraq yerinə yetirir.

Kollektiv bundan sonra da rayonda ictimai-siyasi sabitliyin, asayişin və əhalinin təhlükəsizliyinin qorunması istiqamətində xidmətini eyni məsuliyyət və fədakarlıqla davam etdirəcək.

Daha sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 2 İyul-Polis işçilərinin peşə bayramı münasibətilə şəxsi heyətə ünvanladığı təbriki səsləndirilib.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayıb, polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və onlara çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb.
 

İcra başçısı çıxışının davamında vurğulayıb ki, son illərdə Azərbaycan polis orqanlarının inkişafı Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi daimi diqqət və qayğı nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.


Dövlət başçısının müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, sosial müdafiənin gücləndirilməsi və kadr hazırlığı ilə bağlı həyata keçirdiyi siyasət polis orqanlarının fəaliyyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb.

İcra başçısı qeyd edib ki, Qusar rayonunda da ictimai-siyasi sabitliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında rayon polisinin rolu əvəzsizdir.

Vurğulanıb ki, Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi arasında səmərəli və qarşılıqlı əməkdaşlıq rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən komissiyaların işində də özünü göstərir. Rayon rəhbəri həmçinin rayonun 17 polis əməkdaşının 44 günlük Vətən müharibəsində iştirak etdiyini qeyd edərək, polis əməkdaşlarının bundan sonra da dövlətçilik maraqlarına sadiq qalaraq, rayon ərazisində hüquq qaydasının möhkəmləndirilməsi və asayişin təmin olunması üçün bütün qüvvələrini səfərbər edəcəklərinə əminliyini ifadə edib.
 

Tədbirdə çıxış edən Qusar rayon prokuroru Ceyhun Mirzəyev və Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi Heydər Abıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.


Hər iki rəhbər çıxışlarında xüsusi olaraq vurğulayıblar ki, rəhbərlik etdikləri qurumlar ilə Qusar Rayon Polis Şöbəsi arasında formalaşmış qarşılıqlı etimada əsaslanan və əlaqəli fəaliyyət rayonda ictimai-siyasi sabitliyin, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm və əhəmiyyətli nəticələr verir və qarşıdakı dövrdə də bu konstruktiv əməkdaşlıq daha da möhkəmlənəcək.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Fuad Hüseynov Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək bildirib ki, bu gün polis orqanları asayişin qoruyucusu olmaqla yanaşı, həm də dinamik dəyişən təhlükəsizlik çağırışlarına çevik cavab verən peşəkar bir qurumdur.

Sonda xidməti vəzifələrinin icrasında fərqlənən bir qrup polis əməkdaşına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qusar Rayon Polis Şöbəsi tərəfindən təşəkkür elan edilmiş və pul mükafatı təqdim edilib. Həmçinin bir qrup polis əməkdaşı nümunəvi xidmətlərinə görə Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.




























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Geomaqnit qasırğası OLACAQ

Geomaqnit qasırğası OLACAQ

Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq

Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq

Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi – FOTO

Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi – FOTO

Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

İran-ABŞ danışıqlarının növbəti mərhələsinin tarixi BƏLLİ OLDU

İran-ABŞ danışıqlarının növbəti mərhələsinin tarixi BƏLLİ OLDU

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU

Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU

Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verdi

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verdi

Kiyevdə ölü sayı 20-yə çatdı: Dağıntılar altında qalanlar var – VİDEO

Kiyevdə ölü sayı 20-yə çatdı: Dağıntılar altında qalanlar var – VİDEO

End of content

No more pages to load

RADİO