Milli Məclisdə yeni kadr təyinatı həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında qeyd edilib.
Belə ki, Aydan Tofiq qızı Fərəcova Milli Məclis sədrinin köməkçisi təyin edilib.
Qeyd edək ki, Aydan Fərəcova 1990-cı ildə anadan olub. O, dövlət qulluğunun baş müşaviridir.

Bizim.Media