Yaxın 5 ildə beş böyük müharibə başlaya bilər - ABŞ kəşfiyyatı

ABŞ-ın nüfuzlu “Politico” nəşri kəşfiyyat mənbələrinin təhlilinə istinad edərək, dünyanın yeni silahlı münaqişələr astanasında olduğu barədə xəbərdarlıq yayıb.

Bizim.Media xəbər verir ki, məqalədə “yeni qlobal alovlanmaların ehtimalı düşündüyünüzdən daha yüksəkdir” deyə qeyd olunub.

Nəşr yazır ki, gələcək beş il ərzində ən azı beş potensial müharibə ocağı diqqətlə izlənilməlidir.

1. Hindistan–Pakistan qarşıdurması

Cənubi Asiyada illərdir davam edən gərginlik, ekspertlərin fikrincə, hər an müharibəyə çevrilə bilər. Hər iki ölkənin nüvə arsenalı 300-dən çox başlıqdan ibarətdir və daxili siyasətdə artan radikallaşma eskalasiyaya təkan verir. Kəşfiyyat mənbələri bildirir ki, xüsusilə Kəşmir məsələsi gələcəkdə yeni silahlı toqquşmaların başlanğıcı ola bilər.

2. Çin–Tayvan müharibəsi ehtimalı

XXI əsrin dünya nizamını müəyyənləşdirəcək ən təhlükəli qarşıdurmalardan biri Çinlə Tayvan arasında ola bilər. Pekin Tayvanı “öz ərazisi” hesab edir, Vaşinqton isə açıq şəkildə adaya dəstək verir. Politico yazır ki, bu münaqişə təkcə regional böhran yox, həm də ABŞ ilə Çin arasında liderlik savaşını reallaşdıracaq.

3. Rusiya–Baltik ölkələri gərginliyi

Ukrayna müharibəsinin fonunda Baltik regionunda vəziyyət daha da gərginləşib. Litva, Latviya və Estoniya NATO üzvləri olduqları üçün Rusiyanın hər hansı hərbi addımı birbaşa Alyansla toqquşma deməkdir. Politico yazır ki, Moskvanın “təxribatçı davranışları” yaxın illərdə Baltik dənizi ətrafında yeni münaqişə ocağı yarada bilər.

4. Hindistan–Çin sərhəd böhranı

Dünyanın iki nəhəng ölkəsi — Hindistan və Çin arasında Himalay sərhədlərindəki qarşıdurma kritik həddə çatıb. O qədər ki, hər iki ölkə sərhəddə xidmət edən hərbçilərə silah gəzdirməyi qadağan edib. Analitiklər xəbərdarlıq edirlər ki, bu gərginlik gözlənilməz insidentlə genişmiqyaslı hərbi toqquşmaya səbəb ola bilər.

5. Koreya yarımadasında müharibə riski

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı qarşıdurma hələ də açıq şəkildə qalır. Pxenyanın davamlı raket sınaqları və nüvə proqramı regionda təhlükəni artırır. ABŞ-ın hələ də yarımadada 30 min hərbçi saxlaması göstərir ki, Vaşinqton Cənubi Koreyanın təhlükəsizliyini təmin etməyə məcburdur. Politico yazır ki, bu böhran da yaxın illərdə yeni müharibəyə səbəb ola bilər.

Ekspertlərin ümumi qənaətinə görə, qarşıdakı beş ildə dünyada silahlı toqquşmaların miqyası daha da genişlənə bilər. ABŞ kəşfiyyatının hesabatı göstərir ki, Hindistan–Pakistan, Çin–Tayvan, Rusiya–Baltik ölkələri, Hindistan–Çin və Koreya yarımadası potensial münaqişə zonalarıdır. Politico bu risklərin hər birini “yüksək ehtimallı təhlükə” kimi qiymətləndirir və beynəlxalq ictimaiyyətə xəbərdarlıq edir: “Dünya indi soyuq müharibə sonrası dövrdən daha təhlükəli mərhələyə qədəm qoyub”. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Azərbaycana ən çox turistin gəldiyi ölkələrin SİYAHISI

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

Xəstəxanaya yerləşdirilən Dilan Polatın son görüntüsü yayıldı - FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşada – FOTO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Xarici diplomatlar Kiyevdə dağıntılar olan ərazidə – VİDEO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Qusarda polis əməkdaşlarının peşə bayramı qeyd edildi – FOTO

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Gənclər niyə televiziya yerinə “Youtube”u SEÇDİLƏR?

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Zabratda yol nişanı aşdı: Sürücülər üçün çətinlik yarandı - VİDEO

Geomaqnit qasırğası OLACAQ

Geomaqnit qasırğası OLACAQ

Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq

Üçüncü Dünya Müharibəsi bu ölkələr arasında başlayacaq - Prosesə Rusiya da qoşulacaq

Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi – FOTO

Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi – FOTO

Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

Rusiyalı idmançı beynəlxalq yarışlarda Azərbaycanı təmsil EDƏCƏK

İran-ABŞ danışıqlarının növbəti mərhələsinin tarixi BƏLLİ OLDU

İran-ABŞ danışıqlarının növbəti mərhələsinin tarixi BƏLLİ OLDU

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

PROQNOZ: Rusiyada tarixin ən böyük yanacaq böhranı yaşanacaq

Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU

Azərbaycanda bəzi dövlət qurumları LƏĞV OLUNDU

Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

Yaşlanmayan peşə sevgisi - 64 yaşlı kənd müəlliminin UĞUR HEKAYƏSİ – FOTO

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verdi

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verdi

Kiyevdə ölü sayı 20-yə çatdı: Dağıntılar altında qalanlar var – VİDEO

Kiyevdə ölü sayı 20-yə çatdı: Dağıntılar altında qalanlar var – VİDEO

12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

End of content

No more pages to load

RADİO