Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Digər tərəfdən, bundan öncə səsləndirilən proqnozlarda yayın kəskin isti və quraq keçəcəyi bildirilirdi. Lakin gözləntilərin əksinə olaraq, hava sərin və dəyişkən xarakter alıb. Bu vəziyyət vətəndaşlarda çaşqınlıq yaradıb.

Yay aylarının belə sərin keçməsi normaldırmı, yoxsa iqlim anomaliyası ilə üz-üzəyik?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev hazırkı durumu normal hesab edib:

“30-40, hətta 50 ildən bir Bakıda yay havası dəyişir. Quraq dövrdən fərqli olaraq, bizi yağıntılı, sonra sərin hava gözləyir. Bu, təbiətin qanunauyğunluğudur və belə dəyişikliklər mümkündür.

Təbii qanunlar pozulmadığı müddətdə proses davam edir. Statistika göstərir ki, Azərbaycanda yazın sonu və yayda daha çox yağış yağır. Bəzən yağıntılar normadan çox olsa da, ümumi olaraq bu, anomaliya sayılmır. Ölkəmizin yerləşdiyi region subtropik və mülayim qurşaqların kəsişməsindədir. Artıq ikinci ildir ki, yağıntılı dövr başlayıb, çaylarımız bu səbəbdən fantastik dərəcədə daşır, dağlarda qar xətti aşağı enir və böyük qar ehtiyatları yığılır”.

Ekoloqun sözlərinə görə, mövcud hava şəraiti bir həftə, bəzən 10-20 gün davam edə bilər:

“Biz təbiətə uyğunlaşmaq məcburiyyətindəyik. Dünyada inkişaf etmiş ölkələr texnika və elmdən istifadə edərək onun təsirini minimuma endirməyə çalışırlar. Artıq insanların təbiətə “yalvarış dövrü” bitib. Kənd təsərrüfatında texnika operativ işləyirsə, taxıl yığımı vaxtında həyata keçirilirsə, problem olmayacaq. Ən önəmlisi heyvandarlıq üçün yem bazasının qənaətbəxş olmasıdır. Yağıntılı dövrdə ehtiyatlar çox olur və bu, fermerlər üçün faydalıdır. Təbii ki, məsuliyyətsiz və qeyri-normal təsərrüfat aparanlar ziyan görə bilər. Özümüzü təbiətin təsirindən sığortalamalı, əhalinin dolanışığını təmin etməliyik”.

İqlimşünas Məhərrəm Mehdiyev bildirib ki, iqlim anomaliyası ilə bağlı ciddi problem yoxdur:

“Amma gələcəkdə nə olacağını bilmirik. Alimlərin proqnozlarına görə, buzlaşma dövrü artıq bitib, indi istiləşmə dövründəyik. Onların fikrincə, 2050-ci ilə qədər heç bir tədbir görülməsə, temperatur dörd dərəcəyə qədər yüksələcək, yenidən buzlaşma mərhələsi başlayacaq.

Proqnozlar isə yalnız ehtimallardır. Heç kim dəqiq söz deyə bilməz. Hidrometeorologiya xidmətinin mütəxəssisləri, adətən Türkiyə, Rusiya, Orta Asiya və Avropa ölkələrinə baxır, küləyin istiqaməti, temperatur və buludların hərəkəti əsasında maksimum dəqiqliklə 3 günlük proqnoz verirlər. Bunlar 95 faiz düz çıxsa da, 10 günlük proqnozlarda ehtimallar azalır”.

Ekspert deyib ki, 1 ay və daha uzun müddətli proqnozlara tam inanmaq olmaz:

“Hər şey Allahın əlindədir. Hava birdən dəyişə bilər və belə hallardan heç kim sığortalanmayıb”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

End of content

No more pages to load

RADİO