Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən Lapua Avropa Kubokunda qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, Atıcılıq Federasiyasından verilən məlumata görə, idmançı 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini qabaqlayıb.
Təsnifat mərhələsində 583 xal toplayan Lunyov birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bizim.Media