Qax-İlisu avtomobil yolunun Qarabulaq yaşayış məntəqəsi ərazisindən keçən hissəsində minik avtomobili qəza törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax istiqamətində hərəkətdə olan "Xəzər" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında yerləşən qaz xəttinə çırpılıb.
Zərbənin təsirindən nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu