Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”

Bir neçə gündür sosial şəbəkələrdə rezonansa səbəb olan hadisə – Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirovun 16 yaşlı qızı qaçırması olub. İddialara görə 36 yaşlı Turab Tahirov məscidə “Quran” dərsi almağa gələn yeniyetməni Göyçay rayonunun Qaraməryəm kəndinə apararaq orada saxlayır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Qaçırılma olayından sonra 16 yaşlı qız sosial şəbəkələrdə videomüraciət yayaraq, heç bir məcburiyyətin və zorakılığın olmadığını deyib, axunda öz razılığı əsasında qoşulub qaçdığını dilə gətirib. O, həmçinin ailəsi tərəfindən dəfələrlə fiziki şiddətə və təhqirlərə də məruz qaldığını vurğulayaraq, bir növ atdığı addımı doğmalarının onu qısnadığı ilə əsaslandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı QAÇIRDI


Yeniyetmə qızların tez ailə qurmasına səbəb doğrudanmı ailədaxili problemlərdir?

Məsələyə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova münasibət bildirib.

O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu kimi hallarda yalnız ailədaxili münasibətləri əsas gətirməklə kifayətlənmək düzgün yanaşma deyil:

“Burada təkcə ailəni ittiham etməklə məsələ bitmir. Qarşı tərəf – yəni axund – manipulyasiya və sui-istifadə hallarına yol verib. Onun kifayət qədər inandırma və ətrafına insan toplama bacarığı var. Təəssüf ki, o bu üstünlüklərindən azyaşlının psixoloji həssaslığını istismar etmək üçün istifadə edib”.

Mehriban Zeynalova qeyd edib ki, yeniyetmənin yaş dövrü aşiq olmağa və simpatiya hiss etməyə açıq bir mərhələdir.

Lakin qarşısındakı yetkin şəxs bu duyğulara istiqamət verərək, sağlam qərarların formalaşmasına dəstək olmalıdır:

“Əgər ailədə problem olubsa və qız bu mühitdən qaçmaq istəyibsə, bu, sui-istifadəyə əsas vermir. Əksinə, qarşı tərəf onun kövrək durumunu anlayaraq məsuliyyətli davranmalı idi. Lakin görünən odur ki, axund bu vəziyyətdən maksimum istifadə edib və yeniyetməni ailə qurmağa təhrik edib. Qız da sadəlövh şəkildə bunu doğru qərar hesab edib”.
 

M.Zeynalova əlavə edib ki, belə hallarda müvafiq qurumlar məsələyə müdaxilə etməli, azyaşlının psixoloji vəziyyəti araşdırılmalı və ona mütəxəssislərlə işləmək üçün şərait yaradılmalıdır:


“Qız bu mərhələdə öz fədakarlığını göstərmək, sevdiyini qorumaq hissi ilə hərəkət edir. Amma unutmamalıyıq ki, o hələ formalaşmamış bir fərddir və onun müdafiəyə deyil, mühafizəyə ehtiyacı var”, - deyə Mehriban xanım müvafiq qurumlara səslənib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

End of content

No more pages to load

RADİO