Leyla və Arzu Əliyevalar UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşdülər - FOTO

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılış iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib.

Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıqda mühüm töhfələr verib”, - deyə Din Tao əlavə edib.

Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. “Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır”, -deyə o əlavə edib.

Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.

Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.

Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.

Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalardaxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

End of content

No more pages to load

RADİO