ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ukraynaya silah satmadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"O anlayır ki, mən silahları Ukraynaya deyil, NATO ölkələrinə satıram. Onlar tam məbləği ödəyirlər, həmin silahların sonradan necə paylanmasından isə tamamilə xəbərsizəm", — deyə Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ və NATO tərəfindən yaradılmış PURL (Prioritized Ukraine Requirements List - Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı) təşəbbüsü Ştatlar tərəfindən Ukraynaya birbaşa hərbi dəstək göstərilməsini nəzərdə tutmur.
Bu proqram Kiyev üçün nəzərdə tutulan Amerika silahlarının Avropa ölkələri tərəfindən satın alınmasını ehtiva edir.
Bizim.Media