ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib.
Bizim.Media bu barədə "Mehr" Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində tankerin iki heyət üzvü həlak olub.
Bildirilib ki, ABŞ bu addımı tankerin İran qazını daşıdığını güman etdiyi üçün atıb.
Bu hadisə bölgədə davam edən kəskin hərbi gərginliyi və ticarət donanmalarına qarşı qarşılıqlı hücumlar böhranını daha da dərinləşdirib.
Bizim.Media