AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Avropa Komissiyası "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsinə qarşı uşaqların onlayn təhlükəsizliyi ilə bağlı Avropa İttifaqının texnoloji normativlərini pozma ittihamı irəli sürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə iyulun 24-də "Reuters" agentliyi məlumat yayıb. 

Buna cavab olaraq şirkətdən bildirilib:

"TikTok"da yeniyetmə hesabları ekspertlərin iştirakı ilə hazırlanmış 50-dən çox ilkin məxfilik və təhlükəsizlik tənzimləmələri ilə təchiz olunub".
 

Tənzimləyici qurumun məlumatına görə isə platformanın dizayn xüsusiyyətləri uşaqları bədxah şəxslərlə təmas və ya kiberbullinq (onlayn zorakılıq) riskinə məruz qoya bilər. Bu vəziyyət şirkəti böyük məbləğdə cərimə təhlükəsi ilə üz-üzə qoyur.


İlkin nəticələr iri texnologiya şirkətlərini qanunsuz və zərərli məzmunla daha aktiv mübarizə aparmağa məcbur edən Rəsmi Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində çıxarılıb. Bu, son iki ildə "TikTok"a qarşı irəli sürülən dördüncü analoji ittihamdır.

Avropa Komissiyası qeyd edib ki, "TikTok" hesablarının tənzimləmələri DSA-nın təhlükəsizlik standartlarına cavab vermir. Platforma uşaqlara öz profillərini hamıya açıq (publik) etməyə icazə verir ki, bu da məzmunu kənar şəxslərə açır.
 

Eyni zamanda, gizli (privat) hesablar da yetərincə qorunmur. Belə ki, onları digər istifadəçilərin izləyici və abunə siyahıları vasitəsilə asanlıqla tapmaq mümkündür. Üstəlik, bunu hətta "TikTok"da şəxsi hesabı olmayan şəxslər belə edə bilərlər.


Tənzimləyici qurum şirkətdən yetkinlik yaşına çatmayanların publik hesabları üçün ilkin parametrləri dəyişdirməyi tələb edib. Belə ki, uşaqların paylaşdığı məzmun yalnız onların özlərinin təsdiqlədiyi istifadəçilərə görünməlidir.

"TikTok" rəsmiləri isə Avropa Komissiyasının gəldiyi nəticələri araşdıracaqlarını və tənzimləyici ilə konstruktiv şəkildə əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

End of content

No more pages to load

RADİO