Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ötən aydan başlayaraq Avropada isti hava dalğası və yüksək temperatur müşahidə olunur. İqlim böhranının təsirlərini daha da gücləndirən belə hava şəraiti həm təbiət, həm də insan sağlamlığı üçün ciddi risklər yaradır.

Azərbaycanda da son günlər havanın temperaturu yüksəlməkdədir. Bakıda iyulun 20-də gündüz saatlarında havanın temperaturu 27–30 dərəcə arasında dəyişirdisə, iyulun 25-də həmin göstəricinin 33–38 dərəcəyədək yüksələcəyi gözlənilir. Sinoptiklər yaxın günlərdə paytaxt da daxil olmaqla, respublikanın bəzi ərazilərində temperaturun 40–41 dərəcəyə çatacağı ilə bağlı xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, AZƏRTAC ölkəmizdə temperatur artımının səbəblərini mütəxəssislərlə birgə araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında temperaturun yüksəlməsinin səbəbini əsasən cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.

“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, - deyə G.Məmmədova qeyd edib.
 

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev Avropada müşahidə olunan iqlim proseslərinin, havanın temperaturunun kəskin dəyişməsinin əsasən Şimali Atlantika üzərindən hava kütlələrinin, siklonların, antisiklonların həmin ərazilərə daxil olması ilə əlaqədar olduğunu deyib.


Professor ölkəmizin, xüsusilə Xəzər dənizi hövzəsinin həmin əraziyə daxil olması səbəbindən oxşar proseslərin burada müşahidə edilmə ehtimalının yüksək və gözlənilən olduğunu, lakin temperatur göstəricilərinin relyefə görə fərqləndiyini bildirib:

“Azərbaycanda son günlər qeydə alınan temperatur yüksəlməsi Avropada müşahidə olunan proseslərlə, bilavasitə Şimali Atlantika üzərində əmələ gələn hava kütlələrinin bizim ərazilərə daxil olması ilə sıx əlaqədardır. Ona görə Avropada qeydə alınan iqlim prosesləri Azərbaycanda da özünü göstərir.

Həmçinin Azərbaycana həm də cənubdan hava kütlələri daxil olur. Cənubdan daxil olan isti hava kütlələri onlara qarışaraq Azərbaycanda hava şəraitini təyin edir. Bu nöqteyi-nəzərdən ölkəmizdə müşahidə edilən temperatur göstəriciləri, yəni yüksəlmələri bilavasitə həmin proseslərlə bağlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

End of content

No more pages to load

RADİO