Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Son günlər bəzi informasiya resurslarında və sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən və universitetimizin nüfuzuna kölgə salmağa yönəlmiş paylaşımlar yayımlanır.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Qızlar Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin universitetin sosial media hesabında yaydığı açıqlamada qeyd edilib.

Məlumatda bildirilib ki, 1992-ci ildən fəaliyyət göstərən, üç onillikdən artıq bir dövr ərzində minlərlə məzun yetişdirən, ölkəmizin elm, təhsil və ictimai həyatına dəyərli töhfələr vermiş yalnız qızların ali təhsil aldığı müəssisədir.

"Universitetimiz fəaliyyətini hər zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, dövlətin təhsil siyasətinə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qurub. Azərbaycan maarifçilik tarixində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızların təhsilinə verdiyi böyük dəstək, ilk müsəlman qız məktəbinin yaradılması ilə başlanan nəcib ənənə bu gün də yaşayır.

Bakı Qızlar Universiteti həmin maarifçilik yolunun müasir dövrdə də davam etdirilməsinə öz töhfəsini verir. Məzunlarımız arasında məktəb direktorları, uşaq bağçalarının rəhbərləri, psixologiya mərkəzlərinin təsisçiləri və rəhbərləri, ali və ümumi təhsil müəssisələrinin müəllimləri, dövlət və özəl sektorda çalışan mütəxəssislər, elm adamları və müxtəlif peşə sahibləri var. Qızlar üçün ayrıca ali təhsil müəssisələrinin mövcudluğu dünyada nadir hal deyil.

Yaponiya, Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Pakistan, Hindistan və digər ölkələrdə qadınların ali təhsilinə xidmət edən nüfuzlu qızlar universitetləri uzun illərdir uğurla fəaliyyət göstərir və cəmiyyətin inkişafında mühüm rol oynayır".

 

Qeyd olunub ki, Bakı Qızlar Universitetinin formalaşdırdığı təcrübə region ölkələrinin də diqqətini cəlb edib, müxtəlif ölkələrin nümayəndələri( Türkiyə, Belarusiya, Qazaxıstan) universitetimizin fəaliyyəti ilə yaxından maraqlanıb, qadın təhsili sahəsindəki modelimizi öyrənib və bu istiqamətdə əməkdaşlıq əlaqələri qurublar. Bu, universitetimizin gördüyü işin dəyərinin və əhəmiyyətinin göstəricilərindən biridir.


"Biz hesab edirik ki, hər bir ali təhsil müəssisəsinin fəaliyyəti barədə fikir yürüdərkən yalnız rəsmi məlumatlara, obyektiv faktlara və peşəkar yanaşmaya əsaslanmaq lazımdır. Təhsil müəssisələrinin nüfuzuna xələl gətirən əsassız məlumatlar nə təhsilin inkişafına, nə də cəmiyyətin sağlam informasiya mühitinə xidmət edir.

İnanırıq ki, Azərbaycan cəmiyyəti maarifçilik ənənələrinə, qadın təhsilinin inkişafına və bu yolda xidmət göstərən elm ocaqlarına hər zaman yüksək dəyər verməyə davam edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

İlham Əliyev: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

End of content

No more pages to load

RADİO