Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər.

Bizim.Media "trend.az"a istinadla xəbər verir ki, özəl bağçalarda yeni maliyyələşmə modeli üzrə müsabiqənin keçirilməsi, iştirak, qiymətləndirmə və maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.

Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlərin siyahısı müəyyənləşdirilib Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası"nın təsdiq edilməsi barədə qərarında yer alan müddəalara görə, müsabiqəyə təqdim edilən layihələrdə layihənin adı və məqsədi, cəlb olunacaq təhsilalanların sayı, layihənin əhəmiyyəti, özəl tərəfdaşların imkanları, təhsil müəssisəsinin tutumu və valideynlərin iştirak payı, o cümlədən hər bir təhsilalan üçün aylıq ödəniləcək təhsil haqqı göstərilməlidir.

Layihələrdə insan resurslarından, maddi-texniki bazadan, infrastrukturdan, təhsil proqramlarından və digər resurslardan istifadə ilə bağlı tələblər də nəzərə alınmalıdır.

Müsabiqənin keçirilmə qaydası, layihələrin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi meyarları da əvvəlcədən açıqlanır.

Müsabiqə başlandıqdan sonra şərtlər toplusunda dəyişiklik edilərsə, müsabiqənin müddəti uzadıla bilər. Lakin uzadılan müddət müsabiqənin ilkin müddətindən çox ola bilməz.

Dəyişikliklər barədə iştirakçılara ən geci 2 iş günü ərzində məlumat verilir.

Müsabiqə ilə bağlı elan mediada və Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilir. Elanlarda iştirakçılara dair tələblər, təqdim edilməli sənədlər, müsabiqə şərtlərinin əldə olunması qaydası, müraciətin başlanma və bitmə tarixləri, eləcə də əlaqə vasitələri göstərilir.
 

Müraciət etmək istəyən iddiaçılar elan edilən müddətdə "Elektron Hökumət İnformasiya Sistemi"ndə qeydiyyatdan keçməli və elektron kabinet yaratmalıdırlar. Daha sonra elektron ərizə doldurularaq təsdiqlənməlidir.


Ərizəyə hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziya, bu sahədə layihələrin həyata keçirilməsi təcrübəsi barədə məlumat, vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcun olmaması və riskli vergi ödəyicisi statusunda olmaması barədə arayış əlavə edilməlidir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edilirsə, onu təmsil etmək hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır.

Layihələrin qiymətləndirilməsi 30 gün ərzində həyata keçiriləcək

Sənədlər tam olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, iddiaçıya bu barədə elektron kabinet vasitəsilə məlumat veriləcək. İddiaçı 3 iş günü ərzində çatışmazlıqları aradan qaldıraraq ərizəni yenidən təsdiqləməlidir. Sənədlərin tamlığı təmin edilmədikdə ərizəyə baxılmaması barədə qərar qəbul ediləcək.

Sənədlərin tamlığı yoxlanıldıqdan sonra layihələr 30 gün ərzində qiymətləndiriləcək. Müsabiqə şərtlərinə uyğun olmayan layihələrə baxılmayacaq. Tələblərə cavab verən layihələr isə müəyyən edilmiş meyarlar və həmin meyarların xüsusi çəkisi nəzərə alınmaqla balla qiymətləndiriləcək.

Ən yüksək bal toplayan bağçalar müsabiqənin qalibi elan olunacaq

Ən yüksək bal toplayan iddiaçılar dövlət dəstəyinin ümumi məbləği çərçivəsində müsabiqənin qalibi elan olunacaq. Qaliblər barədə məlumat nazirliyin rəsmi internet saytında yerləşdiriləcək, eyni zamanda qaliblərə nəticə barədə 5 iş günü ərzində məlumat veriləcək.

Valideynlər də layihələrdə tərəfdaş kimi iştirak edəcəklər. Qalib layihələr barədə məlumatlarla tanış olduqdan və aylıq iştirak payı ilə razılaşdıqdan sonra valideynlər elektron kabinet vasitəsilə uşaqlarını dövlət dəstəyindən yararlanmaq üçün qeydiyyatdan keçirə biləcəklər.
 

Qeydiyyat zamanı müəyyən kateqoriyalara aid uşaqlara üstünlük veriləcək. Daha sonra qeydiyyat növbəlilik prinsipi əsasında aparılacaq. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihənin iştirakçısı və tərəfdaşı hesab olunacaqlar.


Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət müqavilələri əsasında həyata keçiriləcək. Maliyyələşmənin məbləği göstərilən xidmətlərdən yararlanan uşaqların sayından və onların neçə ay təhsil almasından asılı olacaq.

Əgər layihədə nəzərdə tutulan sayda uşaq cəlb edilməzsə və ya müsabiqə qalibi maliyyələşdirmə müqaviləsi bağlamaqdan imtina edərsə, növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan oluna bilər. Bu halda həmin iddiaçıya uşaqların cəlb edilməsi üçün 30 təqvim günü vaxt veriləcək.
 

Elm və Təhsil Nazirliyi maliyyələşdirmə müqavilələrinin icrasına nəzarət edəcək. Nazirlik layihə qaliblərindən rüblük, yarımillik, illik və ya yekun hesabatlar tələb edə bilər. Qaliblər müqavilənin icrası başa çatdıqdan sonra 15 iş günü ərzində tələb olunan hesabat və sənədləri nazirliyə təqdim etməlidirlər.


Qeyd edək ki, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkədəki canlı yayımda özəl bağçalara müraciət edib. O müraciətində özəl bağçaları lisenziya alıb layihədə iştiraka çağırıb.

Xatırladaq ki, yeni maliyyələşmə modeli üzrə Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Hikmət Hacıyev: “Sülh sazişini yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyirik”

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-ABŞ münasibətləri ilə bağlı AÇIQLAMA

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

Gözəllik salonu və marketlərdən oğurluğun ANBAAN VİDEOSU

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

"Həyat yoldaşım, səni sevirəm" - Evləndilər – FOTO

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyev: “Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib”

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

İlham Əliyevdən Böyük Qayıdışla bağlı ŞAD XƏBƏR

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi açıqlandı – RƏSMİ

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Sumqayıt məktəbindəki kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Prezident: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir”

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Dövlət başçısı: “Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik”

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Prezident: “İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

Azərbaycan Prezidenti: “Müasir ideoloji işlər aparılmalıdır”

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Sumqayıtda məktəbdə 14 şagird ZƏHƏRLƏNDİ - VİDEO

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

İlham Əliyev: “Biz təkbaşına dünyada misli görünməmiş Qələbə qazanmışıq”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da”

End of content

No more pages to load

RADİO