Coğrafiya İnstitutundan XƏBƏRDARLIQ - Bakıda sürüşmə və qaya uçqunu TƏHLÜKƏSİ var

 

Hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Yağan qarın hündürlüyü bəzi bölgələrdə 82, Bakıda və Abşeron yarımadasında 9 santimetrə çatıb.

Yaxın günlərdə temperaturun qalxacağı gözlənilir. Bunun nəticəsində yağan qar tədricən əriyəcək ki, bu da bir sıra təbiət hadisəsinə səbəb ola bilər.

Bəs bu yağan qar paytaxtda sürüşmə zonalarınə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Akademik Həsən Əliyev adına Coğrafiya institutunun şöbə müdiri Mirnuh İsmayılov deyib ki, qarın əriməsi nəticəsində paytaxtın bir neçə ərazisində sürüşmənin aktivləşəcəyi gözlənilir:

"Dağətəyi hissələrdə, min metrə qədər yüksəkliyi olan sahələrdə, xüsusilə Abşeron yarımadasında qarın əriməsini müşahidə edirik. Qarın əriməsi tədricən baş verir və bu da suyun tədricən torpağa hopmasını təmin edir. Torpaq, qrunt su ilə doyduqdan sonra aşağıdakı sürüşməyə meylli laylar üzərində yerdəyişməyə, cazibə qüvvəsinin təsiri ilə hərəkət etməyə məruz qalır.

Abşeron yarımadasında əvvələr dəfələrlə dediyimiz sahələrdə belə sürüşmələri gözləyirik.

Abşeron yarımadasında elə yamaclar var ki, orada qarın qalınlığı çox olmayıb. Yamacdan çox sürüşməni hərəkətə gətirən yamacın qaş hissəsində əmələ gələn qar yığınından yaranan kiçik gölməçələrdir. Həmin su yığınları layarası tarazlığı pozmağa meyilli olur. Xüsusilə, Gəncə prospekti sahəsində, Əhmədli yaylasının cənub yamacı hissələrində, Zığ ərazisindəki Günəşli yamacları, Masazır sahəsində, meyilli ərazilərdə diqqəti olmaq lazımdır".

O bildirib ki, paytaxtda qaya uçqunlarının olmasını da gözləmək mümkündür:

"Xüsusilə Bibiheybət məscidindən Bayıla qədər olan yamaclarda kifayət qədər sürüşmə uçqununa meyilli ərazilər var. Bu yaxınlarda müşahidə etdiyimiz dairəvi yolda da hadisələr ola bilər. Bunların qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Vaxtında cavabdeh icra orqanları müşahidələr aparmalı və müşahidələr nəticəsində baş verən riski azaltmaq mümkündür. Bu risklərdən vaxtında qaçmaq da olar".

Şöbə müdiri ölkənin sürüşmə təhlükəsi olan yolların da olduğunu vurğulayıb:

"Sürüşmələrlə qarın əriməsi arasında sıx əlaqə mövcuddur. Ona görə də dağlıq rayonlarda, dağətəyi rayonlarda olan rayonların icra orqanlarının bu sahədə ayıq -sayıq olmalarını məsləhət görürəm. Sürüşmə riskli ərazilər, xüsusilə, Böyük Qafqazın şimal -şərq və cənub-şərq yamacları çox aktiv zonalardır. Bura kifayət qədər qar düşüb və həmin qarın aktivlik müşahidə edilən ərazilərdə sürüşmələri hərəkətə keçirəcəyi, fəallaşdıracağı qaçılmazdır, gözləniləndir.

Ümumiyyətlə, dağlıq ərazilərdə qarın əriməsi intensiv getməyəcək. Tədricən ərimə də martın axırları , aprel aylarına qədər sürəcək.Ən çox sürüşmə uçqun təhlükəli yollar İsmayıllı -Lahıc, sonra Lahıc Şamaxının Dəmirçilər istiqamətində çəkilmiş yeni yol çox təhlükəlidir. Ümumiyyətlə, Qobustan Şamaxı ərazisində bəzən yollardan kənar təhlükəli sürüşmələr baş verir. Lakin yaşayış yerindən kənarda yerləşdiyi üçün səs-küyə səbəb olmurlar".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

End of content

No more pages to load

RADİO