Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının laborantı Sevinc Rəhimova vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib. Sevinc Rəhimova 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə, 1993-1997-ci illərdə BDU-nun Fizika fakültəsində bakalavr, 1997-1999-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2003-2007-ci illərdə BDU-nun Nəzəri fizika kafedrasının qiyabi aspirantı olub. 2001-ci ildən Nəzəri fizika kafedrasının laborantı vəzifəsində çalışıb. O, 5 elmi məqalənin müəllifi olub. Tədqiqat sahəsi lepton-nuklon qarşılıqlı təsirlərində polyarizə olunmuş lyambda hiperonların yarıminklüziv alınması idi. Allah rəhmət eləsin!
Bizim.Media