Kremlə yaxın ideoloq Aleksandr Duqin bildirib ki, Moskvanın Patriarşıye Prudı rayonunda vaxt keçirən və adi həyat tərzini davam etdirən sakinlər də sonda səfərbər edilərək cəbhəyə göndərilməlidirlər.
Bizim.Media xəbər verir ki, Duqinin fikrincə, davam edən münaqişə şəraitində “qayğısız həyat” görüntüsünü qorumaq yolverilməzdir.
O iddia edib ki, Rusiya Qərblə “sivilizasiya müharibəsi” aparır və bunun qlobal nəticələri ola bilər.
“Biz Qərblə üz-üzə sivilizasiya müharibəsi aparırıq. Döyüş şəraitində yarıoyaq vəziyyətdə qalmaq ölümcül təhlükəlidir”, – deyə Duqin bildirib.
O, çıxışında Patriarşıye Prudıda istirahət edənləri “arxa cəbhə qarışqaları” ilə müqayisə edib.
Bioloqların təcrübələrinə istinad edən Duqin bildirib ki, belə “qarışqalar” əsas resurs tükəndikdən sonra fəaliyyətə qoşulur və bunu gələcəkdə əhalinin daha geniş səfərbər edilə biləcəyi ilə əlaqələndirib.
Bizim.Media