Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) yarımfinal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, onun rəqibi iranlı Armin Amin Esmaeli olub.
İranlı idmançı xalça üzərinə çıxmadığından Əli Cavadlı qalib elan edilib və finala yüksəlib.
Qeyd edək ki, bu gün daha iki təmsilçimiz - Abdulrəhman Hüseynli (51 kq) və Elmir Çərkəzov (60 kq) - yarımfinal qarşılaşmasına çıxacaq.
Bizim.Media