Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində güclü külək nəticəsində beşmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən mənzilin eyvanının üzərinə düşən iri ağac budağı kəsilərək ərazidən təmizlənib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yayıb.
Bildirilib ki, ötən gün davam edən güclü külək əraziyə kran cəlb edilməsinə əngəl olduğundan sözügedən ağacın budağı bu gün kəsilib.
Bizim.Media