Futbol qaydalarında inqilabi yeniliklər: UEFA 5 və 10 saniyəlik limitləri dəstəklədi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) və 55 sayda milli futbol assosiasiyasının hakimləri Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 2026/27-ci illər mövsümü üçün qaydalara etdiyi düzəlişlərə dəstək verib.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

Keçirilən onlayn görüşdə IFAB nümayəndəsi də iştirak edib.

Toplantıya sədrlik edən UEFA-nın hakimlik məsələləri üzrə direktoru Roberto Rozetti bildirib:

"Oyun qaydalarının daha ardıcıl tətbiqinə yönəlmiş tövsiyələrin bütün 55 milli assosiasiya ilə razılaşdırılması mühüm hadisədir. Bu, futbolçulara, klublara, azarkeşlərə və bütün maraqlı tərəflərə hakimlərin qərarlarını daha yaxşı anlamağa kömək edəcək. Futbolun populyarlığı üçün hər hansı şübhələri aradan qaldırmaq və qaydaların dəqiq tətbiqini təmin etmək son dərəcə vacibdir".

Qeyd edək ki, 2026-cı il dünya çempionatı (DÇ-2026) üçün qaydalara bəzi dəyişikliklər tətbiq edilib.

Oyunçu və ya komanda topu autdan oyuna daxil edərkən yubadarsa, beş saniyəlik vizual geriyə sayım istifadə olunacaq. Əvəzetmə zamanı futbolçuların meydanı tərk etməsi üçün on saniyəlik vaxt limiti müəyyənləşdirilib. Bu limit aşılarsa, əvəzedici oyunçu bir dəqiqə bitdikdən sonra yaranan ilk fasiləyə qədər meydana daxil ola bilməz. Həmçinin, oyunçu və ya komanda qapıdan zərbəni yubadarsa, beş saniyəlik vizual geriyə sayım tətbiq ediləcək.

Vaxt limiti keçilərsə, rəqib komandaya künc zərbəsi verilir.

Bu dəyişikliklər oyunun bərpasını sürətləndirmək, onun bütövlüyünü qorumaq, lüzumsuz fasilələri azaltmaq, eyni zamanda matçların baxımlılığını və keyfiyyətini qoruyub saxlamaq məqsədi daşıyır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

End of content

No more pages to load

RADİO