Son günlər ölkədə baş verən qeyri-sabit hava şəraiti nəticəsində dəniz suları çimərliklərə dolub.
Bəs, baş verən hadisə Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqəli ola bilərmi?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov bildirib ki, qeyri-sabit hava şəraiti dənizin səviyyəsinin qalxmasına təsir etməyəcək:
"Bu kimi hallar yalnız dəniz səviyyəsinin müəyyən zaman ərzində bir və ya iki saatlıq artmasına səbəb ola bilər. Lakin ümumilikdə dənizin səviyyəsinin qalxması müşahidə edilmir. Yalnız yağışlar günlərlə yağsa, bu zaman dənizin səviyyəsində artım müşahidə edilə bilər".
S.Səfərov qeyd edib ki, belə vəziyyətlərdə gəmiçiliklə məşğul olan şəxslər məlumatlara uyğun olaraq təhlükəsizlik qaydalarına əməl etməlidirlər.
Bizim.Media